İspaniya millisinin sabiq futbolçusu Daniel Quiza VII divizion klubu "Rayo Sanlukenyo" ilə müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı ispaniyalı futbolçu ilə anlaşmanın müddəti bir illikdir.
Qeyd edək ki, karyerası ərzində "Fənərbağça" (Türkiyə), "Barselona", "Kadis", "Mayorka" və "Xetafe" (hamısı İspaniya) klublarının formasını geyinmiş D.Quizanın son iş yeri İspaniyanın V divizionunda çıxış edən "Rotena" komandası olub.
O, İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qolla yadda qalıb.