DÇ-2026-nın seçmə mərhələsində I qrupunun Norveç-İsrail oyununda maraqlı hadisələr yaşanıb.
İdman.Biz bildirir ki, qonaqların qapıçısı Daniel Perets oyunun əvvəlində iki penaltini qaytarıb.
Beşinci dəqiqədə Daniel Perets Erlinq Halandın penalti zərbəsini dəf etsə də, baş hakim Şimon Marçinyak qapıçının qaydanı pozduğunu səbəb göstərərək, zərbənin yenidən vurulmasını tələb edib.
Perets Haalandın ikinci zərbəsini də dəf edib.
Bu oyundan əvvəl Norveç 15 xalla I qrupuna başçılıq edirdi, İsrail isə 9 xalla üçüncü idi.