top
Dani Kintana: Qarabağ üçün San Mamesdə xal qazanmaq çətin olacaq - MÜSAHİBƏ Idman.biz
22 oktyabr 2025, 10:57
- ↺ +

Dani Kintana: "Qarabağ" üçün "San Mames"də xal qazanmaq çətin olacaq - MÜSAHİBƏ

"Bu, böyük oyundur. Əgər qarşılaşma Bakıda olsaydı, hekayə tamam fərqli ola bilərdi. "San Mames"də təzyiq çox yüksəkdir".

Bunu Ağdam klubunda 5 il çıxış etmiş ipaniyalı futbolçusu Dani Kintana Teleqraf-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Sabiq klubunuz "Qarabağ" bu gün "Atletik"lə qarşılaşacaq. Qarşılaşmadan gözləntiləriniz nələrdir?

– "Qarabağ üçün çətin oyun olacaq. Artıq onlar üçün heç nə sürpriz sayılmır. "San Mames" isə İspaniyanın ən güclü komandaları üçün belə çətin stadiondur. Hər şey mümkündür, amma xal qazanmaq üçün çox çalışmalı olacaqlar.

– Bilbaodakı futbol atmosferini necə təqdim edərdiniz?

– Bilbaoda atmosfer möhtəşəmdir. İspaniyada ən yaxşılarından biridir. Bu, "Qarabağ" futbolçuları üçün zövq almalı olduqları və eyni zamanda müsbət nəticə gətirməyə çalışmalı bir oyundur.

– "Atletik"in baş məşqçisi yerli mediaya açıqlamasında Azərbaycan təmsilçisinə qalib gələcəklərini bildirib. Siz bu fikrə necə yanaşırsınız?

– Məncə, baş məşqçi fikirləşdiklərini deməli və buna inanmalıdır. Amma əminəm ki, o da bilir ki, bu, onlar üçün də çətin oyun olacaq.

– Sizcə, hər iki komandanın güclü və zəif tərəfləri nələrdir?

– "Atletik, xüsusilə ev oyunlarında çox güclü komandadır. "Qarabağ" isə illərdir eyni məşqçi heyəti ilə çalışır, hər futbolçu nə etməli olduğunu və necə oynamalı olduğunu çox yaxşı bilir.

– Bu matç öncəsi sizə "Qarabağ" və ya "Atletik" barədə suallar verilibmi?

– Sadəcə jurnalistlər maraqlanırlar. İspaniyada hamı Bakıda keçirdiyim dönəmlə maraqlanır. Mən də məmnuniyyətlə onlara Azərbaycanda və "Qarabağ"da nə qədər xoşbəxt olduğumu danışıram.

– Oyunu stadiondan izləməyi planlaşdırırsınız? Həmçinin, sabiq komandanızdan kimlərlə görüşmək istərdiniz?

– Bu oyunu izləyə bilməyəcəyəm, çünki məzuniyyətdəyəm. Amma "Qarabağ"ın Neapolda "Napoli" ilə keçirəcəyi matça baxmağa gedəcəyəm.

– Hələ də "Qarabağ"dakı kimsə ilə əlaqə saxlayırsınız? Qurban Qurbanovla danışmısınız?

– Bəzən qapıçı Şahrudinlə danışıram, Zubirin "Instagram" paylaşımlarına şərh yazıram. Qurban müəllimlə birbaşa danışmamışam. Amma ona və komandaya təbriklərimi tərcüməçi Elvar Quliyev (tərcüməçi-red) vasitəsilə çatdırmışam.

– Sizcə, "Atletik" evdə oynamaqla nə kimi üstünlüklərə sahibdir?

– Bu, böyük oyundur. Əgər qarşılaşma Bakıda olsaydı, hekayə tamam fərqli ola bilərdi. "San Mames"də təzyiq çox yüksəkdir.

– "Köhlən atlar"ın son oyunlarını izləmisiniz?

– "Kopenhagen"lə oyunu izləmişdim. Mənim üçün ən yaxşı futbolçu Zubirdir. Mən orada olanda da (Miçellə birlikdə) o, ən yaxşı idi. Amma yeni futbolçulardan danışmalı olsam, Marko Yankoviç və Leandro Andrade mənim sevimlilərimdir. "Atletik"dən isə Uilyams qardaşları çox təhlükəlidirlər, xüsusilə Nikonu qeyd edərdim.

– "Qarabağ"ın son illərdə Avropa turnirlərindəki çıxışlarını necə qiymətləndirirsiniz?

– Hazırda vəziyyətləri çox yaxşıdır. Uğurun açarı stabillikdir. Təcrübə də belə oyunlarda kömək edir, futbolçular üçün bu cür görüşləri normal qəbul etmək asanlaşır.

– "Atletik"in oyun üslubunu digər İspaniya komandaları ilə necə müqayisə edərdiniz?

– Onlar fiziki cəhətdən çox güclü komandadır. Azərbaycan futbolunu izləmək asan deyil, amma hiss edirəm ki, "Qarabağ" ildən-ilə daha da güclənir və çempionluğu getdikcə daha asan qazanır. Bu, "Qarabağ"dakı hər bir futbolçu üçün özünü dünyanın ən böyük futbol səhnəsində göstərmək imkanıdır. Məncə, onlar bunu çox yaxşı bacarırlar.

– "Qarabağ" azarkeşlərinə mesajınız nədir?

– "Qarabağ belə azarkeşlərə sahib olduğu üçün şanslıdır. Bu münasibət qarşılıqlıdır, azarkeşlər də belə güclü komandaya sahib olduqları üçün şanslıdırlar. Mən klubun tarixinin kiçik bir hissəsi olduğum üçün çox sevinirəm. Buna görə klub minnətdaram.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər