top
Dambrauskas Turan Tovuz oyunundan sonra fikirlərini bölüşdü: Xoşbəxt məşqçiyəm ki... Sport24.az
20 sentyabr 2025, 23:00
- ↺ +

Dambrauskas "Turan Tovuz" oyunundan sonra fikirlərini bölüşdü: "Xoşbəxt məşqçiyəm ki..."

Misli Premyer Liqasının V turunun "Sabah" – "Turan Tovuz" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– "Sabah" ailəsini, rəhbərliyi, oyunçuları təbrik edirəm. Həftə ərzində bu qələbə üçün çox çalışdıq, işlədik. Bu, inancdır, iş prosesimizə inamımızdır. Getdikcə daha yaxşılaşırıq. Düzdür, 3 həftə idi, qələbə qazana bilmirdik. Bugünkü qələbəni azarkeşlərə həsr edirəm. "Turan Tovuz"a qarşı şans yaratmaq çox çətindir. Sıx müdafiə olunurlar. Rəqib çox yaxşı təşkil olunmuş komandadır. Onlara qarşı qapımızı toxunulmaz saxlamaq önəmlidir. Bütün komandalar "Turan Tovuz"un müdafiəsindən nələrsə götürməlidir. Bu gün rəqibə şans vermədik. Əks-hücumlarda təhlükəli olduqlarını bilirdik. Belə rəqibə qarşı 1-2 qol fürsəti yaradırsan və bundan istifadə etməlisən. İkinci hissədə daha çox təzyiq göstərdik və mükəmməl qol vurduq. Qoldan sonra da hiss edirdim ki, oyun nəzarətimizdədir. İnanan, enerjili olan biz idik. Qələbəyə layiq idik. Bunlara baxmayaraq, hələ də çox şeyi inkişaf etdirməliyik. Əsasən də hücumların qurulması, mövqe hücumları. Hücuma keçidlərdə inkişaf etməliyik.

 

– İddialı komandalara qarşı yaxşı oynayırsız, ancaq güc nisbətində daha zəif olanlara xal itirirsiniz. Bunun səbəbini nədə görürsüz?


– Əlbəttə, belə situasiya var. Güc nisbətində aşağı olan komandalara qarşı oynamaq çox çətindir. Çünki onlar müdafiədə "avtobus saxlayır". Onların bizim kimi klublara qarşı oyunu daha motivasiyalı olur. Əks-hücumlara, standartlara bel bağlayırlar. Bu, dünyanın hər yerində belədir. Qapalı oynayan komandalara qarşı necə oynamalı, müdafiəni necə yarmalı deyə işləməliyik. Bu tip komandalara qarşı standart vəziyyətlərdə də yaxşı oynamaq lazımdır.

 

– Heyətdən razısınız, ya hardasa boşluq var?


– Demək olar ki, ən xoşbəxt məşqçiyəm ki, çox yaxşı heyətimiz var və oyunçular motivasiyalıdır, inkişaf etmək, özünü göstərmək istəyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər