top
Dambrauskas Sabahın Levskiyə məğlubiyyətindən sonra fikirlərini bölüşdü Sport24.az
14 avqust 2025, 22:56
- ↺ +

Dambrauskas "Sabah"ın "Levski"yə məğlubiyyətindən sonra fikirlərini bölüşdü

Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" – "Levski" oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

 

– "Levski"ni pley-offa yüksəlməsi münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. Çünki iki oyunda qol vura bilmirsənsə, rəqib mərhələ adlamağa layiqdir. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən, onların dəstəyini hiss etdik, gözəl atmosfer yaratmışdılar. Taktiki baxımdan nələrsə demək, təhlil etmək çətindir. Çox məyusuq. Bunu unutmalıyıq. Sabahdan çempionat haqda düşünməliyik. Hələ də inkişaf etdirməli olduğumuz çox şey var.

 

– Bolqarıstandakı oyundan fərqli olaraq burda qorxaq "Sabah" gördük. Səbəb nə idi?


– Nə üçün belə dediyinizi başa düşmürəm. Qorxaq deməyiniz oyunçularımıza hörmətsizlikdir. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə demirəm, amma son saniyə bizi bərabərlikdən ayırdı. İnkişaf etdirməli şeylərimiz var. Bugünkü matçın birinci hissəsinə baxsanız, xətlərarası əlaqənin necə olduğunu görərsiniz. Bu gün risk etməli idik. İlk hissədə bir səhvimiz oldu və rəqib qol vurdu. Bundan sonra daha çox risklər aldıq. Üçüncü zonaya gələrkən daha dəqiq ötürmələrimiz olmurdu. Bu da boşluqlar tapmağımıza çətinlik yaradırdı. Bəzən son ötürmələrdə problemlər yaşayırdıq. Bunları inkişaf etməliyik. Çempionata köklənməliyik. Bir arzumuz var, yenidən avrokuboklara vəsiqə qazanmaq.

 

– Arenada bu gün 6000-dən çox azarkeş var idi. Lakin oyunun sonlarında artıq arenanı tərk edirdilər. "Sabah"ın belə oyunu fanatlara hörmətsizlik deyildi?


– Azarkeşlərə nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Nəticə yaxşı olsaydı, bizi alqışlayacaqdılar. Fanatları səbirli olmağa çağırıram. Çox məyusuq. Hesabı bərabərləşdirib, oyuna intriqa qata bilərdik. Azarkeş mədəniyyətini bir gündə yaratmaq mümkün deyil. Nəticələrimiz yaxşılaşdıqda, onlar da xoşbəxt olacaq.

 

– Şafranko və Sekidika çıxdıqdan sonra hücumun effekti azaldı. Dəyişiklik etməkdə yanıldığınızı düşünmürsünüz?


– Yanlış xatırlamıramsa, 70-ci dəqiqədən sonra bunu etdik. Hər dəyişikliyin arxasında xoş niyyət var. İstəyirik ki, meydana daxil olan oyunçu aktivliyi artırsın. Amma əvəzetmə elədir ki, qol vursalar, deyəcəkdilər ki, oyunun gedişatını dəyişdiz. Amma bu gün alınmadı. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parrisi meydana saldıq, Anatoli Nuriyev, Xəyal Əliyevlə kreativliyi, sürəti artırmaq istədik. Hətta mərkəz müdafiəçimizi də oyuna daxil etdik ki, standart vəziyyətlərdə nələrsə edə bilək.

 

– Müdafiədə boşluqlar çoxdur. Bunları Avropa yarışlarında gördük. "Sabah" vaxtında lazımı sayda keyfiyyətli futbolçular transfer etmədiyi üçün bu gün "Levski" qarşısında aciz göründü?

– Bu qədər böyük problemi harda gördüyünüzü bilmirəm. İlk hissədə rəqibin qapımıza bir zərbəsi oldu. İkinci hissədə rəqib çox arxaya çəkildi və boşluqlar vermədi. Oyuna nəzarət edən biz idik. Rəqib əks-hücumlardan fərqlənmək istəyirdi. Sadəcə bir fürsətləri oldu və qol vurdular. Bizim də şanslarımız var idi, amma yararlana bilmədik. Unutmayaq ki, rəqibimiz Bolqarıstan 2-cisi olub. Transfer dəyərləri bizdən artıqdır. Amma biz Sofiyada da əlimizdən gələni etdik. Sadəcə bu 10 saniyə bizi yaxşı nəticədən ayırdı. Bunun da ikinci oyuna təsiri oldu. Uşaqlar əllərindən gələni etdilər. Həll yolu o deyil ki, indi heyəti dəyişək. Çalışıram ki, daha çox və ağıllı işləyək, komandanı inkişaf etdirək.

 

– Çempionatda məqsədiniz nə olacaq?

– Məqsədimiz maksimum çalışmaq, əlimizdən gələni edəcəyik ki, hər oyunda qələbə qazanaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər