top
Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil Idman.biz
Bu gün, 20:32
- ↺ +

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

"Sabah" futbol komandasının baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə 2:2 hesablı heç-heçəni şərh edib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında nəticədən narazılığını bildirib.

"İlk növbədə, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə qazanmaq üçün hazırlaşırıq. Bugünkü qarşılaşma enişli-yoxuşlu keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, lakin sonra vəziyyət dəyişdi. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Azarkeşlər üçün 2:2 hesabı maraqlı görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik, amma rəqib də fərqlənə bilərdi. Turnir cədvəlində ilk beşlikdəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir", - deyə Dambrauskas bildirib.

Baş məşqçi komandasının ikinci qolundan sonra hakimə etiraz etməsinə də aydınlıq gətirib:

"Üç gün əvvəl Çempionlar Liqasında oynayırdıq. Orada müəyyən qaydalar var və onlara riayət olunur. İstərdik ki, daxili çempionatda da həmin qaydalara əməl edilsin. Xüsusi bir hadisə baş vermədi. Nə danışdıqsa, meydanda həll olundu. Hakimlikdən şikayət edə bilmərəm".

Dambrauskas sıx oyun qrafikindən və milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilədən də danışıb.

"Futbolçulara verəcəyimiz üç-dörd günlük istirahət faydalı ola bilər. Biz Çempionlar Liqasında iştirak etmək istəyirdik və bunun asan olmayacağını bilirdik. Noyabr və dekabr aylarının daha çətin keçəcəyini də anlayırdıq. Belə vəziyyətlərin öhdəsindən gəlmək üçün inkişaf etməli və daha güclü olmalıyıq".

Mütəxəssis hava şəraitinin nəticəyə təsir göstərməsi ehtimalını isə qəbul etməyib.

"Külək birinci hissədə bir komandaya, ikinci hissədə digərinə mane olurdu. Futbolçular belə şəraitə uyğunlaşmalıdırlar. Bir müddət əvvəl süni örtüklü, bu gün isə təbii örtüklü meydançada oynadıq. Peşəkar olmaq lazımdır. Bunlar bəhanə ola bilməz".

Dambrauskas Çempionlar Liqasından sonra daxili çempionat oyunlarına uyğunlaşmağın çətinliyini də etiraf edib:

"Qarabağ" 12 ildir avrokuboklarda çıxış edir. Onların bu baxımdan təcrübəsi daha çoxdur. Biz isə yeniyik. Əsas çətinliklərdən biri fərqli heyətlərlə oynamağımızdır. Daim eyni heyətlə çıxış etsək, futbolçular bir-birini daha yaxşı başa düşərlər. Çoxlu rotasiya zamanı isə meydandakı anlaşma zəifləyir və ən yaxşı oyunumuzu göstərmək çətinləşir".

Baş məşqçi problemin qısa müddətdə həllinin mümkün olmadığını vurğulayıb:

"Ötən mövsüm yüksəlişə keçmək üçün bizə üç-dörd ay lazım oldu. Futbolçular 15-20 oyundan sonra bir-birini daha yaxşı başa düşməyə başladılar. "Vikinq"lə matçdan sonra burada eyni ritmi tutmaq asan deyil. Bunun xüsusi resepti yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səfərdə oluruq və ya bərpa prosesi ilə məşğul oluruq. Qarşıdakı iki həftəlik fasilədə futbolçular arasında anlaşmanı yaxşılaşdırmağa çalışacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Oxşar xəbərlər