"Mançester Yunayted"in sabiq məşqçisi Rud van Nistelroy yenidən İngiltərədə işləyə bilər. Sport24.az xəbər verir ki, "Lester" klubu mütəxəssisin xidmətində maraqlıdır.
Bu barədə insayder Rudi Qaletti məlumat yayıb. Tərəflər arasında artıq danışıqların başladığı bildirilib.
Van Nistelroyun adı daha öncə "Hamburq"la (Almaniya) hallanırdı.
Niderlandlı mütəxəssisin son ünvanı "Mançester Yunayted" olub. O, yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra klubu tərk edib.