top
Dadı-duzu qaçan qərb derbisi... Sport24.az
17 avqust 2024, 11:20
- ↺ +

Dadı-duzu qaçan qərb derbisi...

20-30 il əvvəl olsaydı, nəinki Qərb bölgəsinin, hətta bütün Azərbaycanın diqqəti bu gün keçiriləcək "Kəpəz" – "Turan Tovuz" oyununa yönələrdi. Qərb derbisinin ölkə futbolu tarixində özünəməxsus statusu, "ağırlığı" var idi. Heyif ki, son illər bu iki komanda arasında baş tutan görüşlərin dadı-duzu itib.

Səbəbi iə hamıya aydındı. Birvaxtlar ölkə çempionatına rəng qatan, ab-havanı müəyyənləşdirən, çempionluğa iddialı olan klublar son illər maliyyə sarıdan əziyyət çəkirlər. Düzdü, hazırda tovuzlular Ehtiram Quliyevin sayəsində xoşbəxtdilər. Pul problemi yaşamırlar, heyətlərinə normal oyunçular qata, Kurban Berdıyev kimi tanınmış mütəxəssisi "sükan arxasına" dəvət edə bilirlər. Ancaq derbi o vaxt maraqlı olur ki, qüvvələr nisbəti arasında fərq hazırkı kimi böyük olmasın və ya bərabərə yaxın olsun.

Təəssüf ki, bu gün "boz qurdlar" barədə söylədiklərimizi "sarı-göylər" haqda deyə bilmirik. Ölkənin ikinci böyük şəhərinin təmsilçisi artıq neçə ildi ki, AFFA-nın "ianə"si hesabına ayaq üstə dayanır. Və ən acınacaqlısı odur ki, bunun nə qədər davam edəcəyini heç kim bilmir. Tarixi ənənəsi olan klub bu gün azarkeşləri sevindirəcək nəticələrlə yox, daha çox daxildə yaşanan çəkişmələr, neqativ söz-söhbətlərlə gündəmə gəlir.

Bu gün yenə kağız üzərində Qərb derbisidi. Amma derbi ab-havasını hiss etmirik. Adil Şükürov nə qədər güclü baş məşqçi olsa da, hazırda heyət baxımından "Kəpəz" "Turan Tovuz"dan çox geri qalır. Heç kimə sirr deyil ki, məşqçinin üzünü ağ edən əlinin altındakı material, daha dəqiq desək, sərəncamındakı futbolçulardı. Tək əzmkarlıqla iş bitmir. Futbolda keyfiyyət də vacib şərtdi. Bu göstəricidə isə tovuzlular rəqibindən çox üstündülər. 

 

İndiki durumda "Kəpəz" nəyə ümid edə bilər? Ən yaxşı halda, hansısa möcüzəli şəkildə əldə edilən heç-heçəyə. Tovuz təmsilçisi isə mövsümə gözlənildiyi kimi başlayıb: beton müdafiə və sürətli əks-hücumlar Berdıyevin vizit kartıdı. Arxada qalan 2 matç tanınmış mütəxəssisin illərdi sadiq qaldığı oyun üslubundan yayınmayacağını göstərir. Yəqin ki, bu gün də eyni ssenari yaşanacaq. Qonaqlar da ki... Nə qədər ki, "Kəpəz"ə sponsor tapılmayacaq, gəncəlilər turnir cədvəlinin zirzəmisində çarpışmağa məhkumdu. Necə deyərlər, könlü balıq istəyənin...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər