"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem 21-ci əsrdə "Barselona"ya qarşı oyunda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc oyunçu olmaqla yeni klub rekordu qırıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta" analitik portalı məlumat yayıb.
İngilis futbolçu dünənki matçda 22 yaş 119 günlüyündə bir qol və bir məhsuldar ötürmə edib. Bundan əvvəlki rekord isə 2023-cü ilin aprelində "Barselona"ya qarşı kubok matçında 22 yaş 267 günlüyün eyni nəticəni təkrarlayan Vinisius Juniora məxsus idi.
Qeyd edək ki, dünən baş tutan matçda "Real" "Barselona"nı 2-1 hesabı ilə məğlub edib.