top
Coy-Lens Mikels Qarabağla oyundan sonra: Hakimlər barədə danışıb cəzalanmaq istəmirəm Idman.biz
02 mart 2026, 17:36
- ↺ +

Coy-Lens Mikels "Qarabağ"la oyundan sonra: Hakimlər barədə danışıb cəzalanmaq istəmirəm

Ötən gün baş tutan "Qarabağ" - "Sabah" arasında keçirilən Azərbaycan Premyer Liqasının 22-ci turunun futbol oyunu 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Gərgin və maraqlı keçən qarşılaşmanın 61-ci dəqiqəsində Coy-Lens Mikels qonaqların üçüncü qolunu vuraraq, ümumilikdə 10 topla çempionatın bombardirlər siyahısında vahid liderə çevrilib.

Matçdan sonra 31 yaşlı hücumçu sportnet.az-a müsahibə verib.

- Oyun haqqında nə deyə bilərsiniz? 3:0 önə keçmişdiniz, amma matç heç-heçə ilə başa çatdı…

- Çox emosiyalı oyun oldu. Düşünürəm ki, 70 dəqiqə ərzində çox yaxşı çıxış etdik. 3:0 hesabı ilə irəlidə idik və oyuna nəzarət edirdik. Amma sonra bir az oyunu əldən verdik. "Qarabağ"ın nə səviyyədə komanda olduğunu bilirik, Çempionlar Liqası təcrübəsi olan, yüksək standartlara sahib komandadır. Təəssüf ki, sonda heç-heçə ilə kifayətləndik. Amma düşünürəm ki, bütün Azərbaycan üçün çox maraqlı və baxımlı oyun oldu. Bu, əsl derbidir və belə matçlarda xırda detallar hər şeyi həll edir.

- Konsentrasiyanı harada itirdiniz ki, üç qol buraxdınız?

- Dəqiq demək çətindir, çünki meydançada hər şey çox sürətli baş verir. Birinci qol rikoşetdən sonra oldu, ikinci qol isə Kevin Medinanın bir qədər şanslı zərbəsi idi. Amma futbol belədir, bu cür epizodlardan da qollar olur. Oyuna yenidən baxıb daha detallı analiz etməliyəm. Ümumilikdə çox yaxşı görüş izlədik, amma 3:0 hesablı üstünlüyü əldən vermək bizi məyus etdi. Bununla belə, çempionatda hələ də liderik və yolumuza davam edirik.

- Üç xal qazanmaq şansınız var idi, amma bir xalla kifayətləndiniz. Mövsümün sonuna qədər çempionluq uğrunda mübarizədə qala biləcəyinizə inanırsınız?

- Bəli, əlbəttə. Çünki "Qarabağ" kimi komandaya qarşı belə oynayıb qalib gəlmək şanslarımızın olduğunu göstərdik. Qarşıda 10-11 oyun var, çox matçımız qalıb. Çətin olacaq, amma biz oyundan-oyuna düşünərək işləməyə davam edəcəyik.

- Bugünkü hakim idarəçiliyi haqqında nə deyə bilərsiniz?

- Hakimlər barədə çox danışmayacağam, çünki cəza almaq istəmirəm. Referi Tural Qurbanov əlindən gələni etməyə çalışdı, amma düşünürəm ki, bu, oyun üçün yetərli olmadı. Ola bilər ki, qarşılaşma onun üçün bir az böyük idi. Amma artıq bu da geridə qaldı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Oxşar xəbərlər