Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında lider mövqeyinə yüksəlib.
İdman.biz xəbər verir ki, onun formasını geyinən "Bandırmaspor" 12-c turu qələbə ilə başa vurub.
Coşqunun komandası öz meydanında "Bolsupor"la qarşılaşıb. Hər hissədə 1 qol vuran Bandırma təmsilçisi ardıcıl 4-cü dəfə meydanı 3 xalla tərk edib. Start heyətində yer alan Diniyev 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bir oyun çox keçirən "Bandırmaspor" 24 xalla lider mövqeyində qərarlaşıb. Komanda ən yaxın izləyicilərini 2 xal qabaqlayır.
İdman.biz