top
Coşqunə Əliyeva: Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim, amma xarici çempionatlarda oynamaq istəyirəm Report.az
04 iyun 2025, 17:05
- ↺ +

Coşqunə Əliyeva: "Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim, amma xarici çempionatlarda oynamaq istəyirəm"

AFFA Yüksək Qızlar Liqasında 2024/2025 mövsümünün ən məhsuldar oyunçusu olan "Neftçi"nin futbolçusu Coşqunə Əliyeva çempionluqla bağlı təəssüratlarını bölüşüb.

Bu barədə hücumçu "Report"a açıqlama verib.

O, son oyunlarda vurduğu qolların sayəsində bombardir olduğunu bildirib:

"Əlbəttə, qalib olduğumuza görə hamımız sevinirik. Son iki ildə ardıcıl çempionluqlar yaşadıq. Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim. Açığı, çox qol vurmaq, bombardir olmaq hədəfim də yox idi. Yalnız son oyunlarda belə nəticə göstərdim. Növbəti mövsümdə də hədəf yenə çempionluq olacaq".

Azərbaycan millisinin üzvü son mövsümün yorucu keçdiyini də vurğulayıb:

"Mövsümü əla dəyərləndirirəm, eyni zamanda həddindən çox yorucu idi. Həm mənim, həm də komandam üçün sonuncu dəfə belə yorucu mövsümün nə vaxt olduğunu xatırlamıram. Bununla yanaşı həm də əyləncəli idi. Bir sözlə mövsümü çox yüksək səviyyədə keçirdiyimizi deyə bilərəm".

C.Əliyeva başqa kluba gedə biləcəyini də vurğulayıb:

"Neftçi"nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında iştirak edəcəyəm. Başqa klublardan təkliflər olacağım təqdirdə gedə bilərəm. İnkişaf üçün daha yaxşı liqalarda oynamalısan. Azərbaycan çempionatında cəmi 6 komanda var. Liqa o qədər də güclü deyil, rəqabət yoxdur. Demək olar ən yaxşı bizim komandadır. Rəqabət olsa, əlbəttə, kim istəməz ki, öz vətənində oynasın? Xarici çempionatlarda oynamaq istəyirəm".

Qeyd edək ki, "Neftçi" bu mövsüm AFFA Yüksək Qızlar Liqasının qalibi adını qazanıb. Coşqunə Əliyeva 31 qolla çempionatın ən məhsuldar oyunçusu olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Dünən, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Dünən, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Dünən, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Dünən, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Dünən, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Dünən, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Dünən, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Dünən, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Oxşar xəbərlər