Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, milli üzvünün komandası "Kocaelispor"la qarşılaşıb.
Matç 2:2 hesabı ilə başa çatıb. Coşqun 77 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bandırmaspor" 25 xal toplayıb. Lider "Kocaelispor"un hesabında isə 26 xal var.