Türkiyə I Liqasında V turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" evdə "Amed"i qəbul edib.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Diniyev 60-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Bandırmaspor" 5 turdan sonra 7 xalla 7-ci pillədədir.