Türkiyənin "Çorum" komandasında çıxış edən Coşqun Diniyev Azərbaycan millisində 30-cu oyununu keçirib. Sport24.az xəbər verir ki, yubiley matçı yığmanın "Belarus"a 0:2 hesabı ilə uduzduğu yoldaşlıq matçına təsadüf edib.
Diniyev 62-ci dəqiqədə Şahin Şahniyarovun yerinə meydana daxil olub. O, 30 matçda fərqlənə bilməyib.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haitiyə 0:3 hesabı ilə məğlub olmuşdu.