top
Çoşqun Diniyev: Türkiyədəki maddi çətinliklər və karyera seçimi Idman.biz
15 sentyabr 2025, 12:31
- ↺ +

Çoşqun Diniyev: Türkiyədəki maddi çətinliklər və karyera seçimi

"Araz Naxçıvan"ın yeni transferi Çoşqun Diniyevin Azərbaycan Premyer Liqasının IV turunda "Kəpəz" üzərində qazandıqları 2:0 hesablı səfər qələbəsindən sonra Sportnet.az-a müsahibəsi

– Oyun haqqında fikirləriniz necədir?

– Qələbə qazandığımız üçün sevincliyəm. Əlbəttə, bu dövrdə xallar toplamalıyıq. Mümkün qədər reallıqla danışsaq, ən böyük rəqiblərimizdən biri "Qarabağ"dırsa, onların bu çətin periodunda nə qədər xal götürə bilsək, o qədər yaxşıdır. İnanıram ki, davamını gətirəcək, ən azı keçənilki nəticəni təkrarlayacağıq.

– Türkiyədə I Liqa karyeranız niyə davam etmədi: Legioner olmaq üçün başqa komandalardan təkliflər var idi?

– Türkiyədən təkliflər, əlbəttə, var idi. Mən deyərdim ki, orada çox dözdüm. 3 il səbr etdim, dişimi sıxdım, amma bəzi maddi çətinliklər var idi. Artıq yaş da keçir, övladım da böyüyür, qərar verməli idim. Ona görə buradan gələn təklif ürəyimcə oldu.

– Növbəti turda "Qarabağ"a qarşı keçirəcəyiniz oyun barədə nə düşünürsünüz?

– Çətin oyundur. Amma yenə deyirəm, "Qarabağ"ın bu dəqiqə çətin periodu və sıx qrafiki var. Nə qədər deməsələr də, fikirlərinin 70–80 faizi Çempionlar Liqasındadır. Onlar qələbə qazanmaq istəyirlər, biz də əlimizdən gələni edəcəyik ki, qalib gələk.

– Yenidən legioner həyatı yaşamaq fikriniz varmı?

– Açığı, var. "Yoxdur" desəm, düz olmaz. Təkliflərə açığam.

– Milli komandadakı dəyişiklikləri necə dəyərləndirirsiniz?

– Millidə elə bir dəyişiklik yoxdur. Baş məşqçi gələr, ondan sonra danışarıq. Fernandu Santuş mənim çox bəyəndiyim baş məşqçi idi. Kim nə deyir-desin, mən üzüldüm. Amma nəticələr də göz önündə idi. Nəticə olmayanda istər-istəməz birinci məsuliyyəti baş məşqçi daşıyır. Ona da gələcək karyerasında uğurlar arzulayıram.

– "Araz Naxçıvan"da yarımmüdafiədə böyük rəqabət var. Bu rəqabəti gözə alıb gəlmisiniz?

– Gəlməmişdən qabaq bilirdim ki, "Araz Naxçıvan"ın orta sahəsində çoxluq var. Klubun faktiki rəhbəri Zaur Axundovla danışanda da özümə olan güvəni hiss etdim. Oynamayacağım komandaya gəlmərəm. Özümə güvəndim.

– Türkiyəli baş məşqçilərlə işləmisiniz. Sizcə, milliyə niyə qardaş ölkədən baş məşqçi təyin olunmur?

– Nə desəm, yalan olar, çünki qərarı mən vermirəm. Amma həqiqətən də bizə yaxın mentalitetdədirlər. Onlarla işləmək, məncə, maraqlı olar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər