Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Diniyev bu ilin fevral ayında Türkiyənin digər klubu "Bandırmaspor"dan azad agent kimi "Çorum"a keçmişdi. O, sözügedən komandanın heyətində 12 oyuna 2 qol vurub.