top
Cordan Rezabala: Neftçidə adaptasiya, Şamaxı ilə oyun və azarkeşlərin gözləntiləri haqqında Idman.biz
19 avqust 2025, 14:43
- ↺ +

Cordan Rezabala: "Neftçi"də adaptasiya, "Şamaxı" ilə oyun və azarkeşlərin gözləntiləri haqqında

"Neftçi"nin futbolçusu Cordan Rezabalanın Futbolxeber.az saytına müsahibəsi

- Premyer Liqanın ilk turunda "Şamaxı" ilə heç-heçə (1:1) oynadınız. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Birinci yox, amma ikinci hissə istədiyimiz kimi keçdi. Öz oyunumuzu fasilədən sonra ortaya qoya bildik. Üstünlüyü tamamilə ələ almışdıq. Təəssüf ki, lazım olan qolu vura bilmədik.

- Lazım olan qolu vurmaq üçün nə çatışmadı?

- Öz adımdan deyə bilərəm ki, bəxtim gətirmədi. İki epizodda qol vurmağa çox yaxın idim. Əvvəldə də qeyd etdiyim kimi, yaxşı heyətə sahibik. Məşqçilər heyəti klubun inkişafı üçün əlindən gələni edir. İlk oyun olduğu üçün çatışmazlıqlarımız çox idi, hər birini düzəltməyə ehtiyacımız var. Ümid edirəm ki, davamlı inkişaf edəcəyik.

- Növbəti matçda "Şamaxı" ilə ikinci hissədəki oyunu ilk dəqiqələrdən görə biləcəyik?

- Növbəti oyunlar üçün bu tempi qorumağa ehtiyacımız var. Son 25-30 dəqiqədə oynadığımız kimi hər matçda çıxış etsək, bir-birimizi epizodlar zamanı daha yaxşı başa düşə bilərik. Dəqiqliklə deməliyəm ki, bir çox nöqtələrdə özümüzü təkmilləşdirməliyik. Yeni komandayıq. Bilirəm ki, azarkeşlər "Neftçi"dən nəticə istəyir. Ümidvaram ki, gələcəkdə daha yaxşı çalışıb komandaya, azarkeşlərə istədikləri nəticələri verəcəyik.

- Azarkeşlər "İmişli" ilə oyundan 3 xal gözləsinlər?

- Əlbəttə. Düzdür, çempionatın əvvəlində bütün oyunlar çətin keçir. Lakin biz "Neftçi"ni təmsil etdiyimizi anlayırıq. Xüsusilə, bu komandada oynayırsansa, məsuliyyəti dərk edirsən. Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəldiyimi deyə bilərəm. Bütün matçlar çətindir, bununla belə 3 xal qazanmağa köklənirik, çünki buna ehtiyacımız var.

- "Neftçi"də adaptasiya prosesiniz necə gedir?

- Səmimi desəm, burada özümü yaxşı hiss edirəm. İkinci hissədə keçirdiyim, ortaya qoyduğum oyunumla artıq komandaya öyrəşdiyimi deyə bilərəm. Bu səviyyədə qalmalıyıq, davamlı inkişaf etməli, klubun bizdən tələb etdiyi hədəfə çatmalıyıq. Bacardığımız qədər çox "Neftçi"yə dəstək olmalıyıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər