top
Cordan Rezabala: Hakimlik Azərbaycan futbolunda həqiqətən də böyük problemlə çevrilib Idman.biz
08 oktyabr 2025, 23:52
- ↺ +

Cordan Rezabala: "Hakimlik Azərbaycan futbolunda həqiqətən də böyük problemlə çevrilib"

"Neftçi"nin yarımmüdafiəçisi Cordan Rezabala Futbolxeber.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə" ilə bərabərə qaldınız. Oyunu necə şərh edərdiniz?

- Qarşılaşmanı iki yerə bölərdim. İlk hissə istədiyimiz kimi alınmasa da, fasilədən sonra daha yaxşı oynadıq. İki qol vurub hesabda önə keçdik. Lakin hakimin penalti qərarı bizi çox məyus etdi. Çox istərdim ki, futbol ictimaiyyəti ilk hissədə mənə qarşı olan kobudluqla, qapımıza təyin edilən penaltini müqayisə etsin.

- Demək olar ki, hakim "Neftçi"nin qələbəsini əlindən aldı?

- Əlbəttə, qələbəyə layiq idik. Yekunda 2:2-lik bərabərlik qeydə alınsa da, mən komandamızı qalib sayıram. Hakimliyə nəzər yetirmək lazımdır. İdarəçilik bərbaddır.

- Sizcə, bu, nə vaxta qədər davam edəcək?

- "Neftçi" böyük klubdur. Çoxları "Neftçi"nin uğur qazanmasını istəmir. Baş məşqçimiz də bizimlə söhbətdə deyir ki, o qədər güclü olmalıyıq ki, hamıya qarşı mübarizə apara bilək.

- Bir müddət əvvəl "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Felipe Santos bildirmişdi ki, azərbaycanlı hakimlər ildən-ilə geriləyirlər. Siz də daha əvvəl Azərbaycanda çıxış etmisiniz. Bu fikirlə razısınız?

- Hakimlik həqiqətən də Azərbaycan futbolunda böyük problemlə çevrilib. Tək biz yox, bir neçə klub mütəmadi olaraq narazılığını bildirir. Əvvəlki oyunlara nəzər yetirsək, görərik ki, xeyrimizə olan penaltiləri vermirlər. Lakin şübhəli məqamlarda bizə qarşı sərt mövqe nümayiş etdirirlər, istər penalti olsun, istər qırmızı vərəqə. Hamı buna qarşı mübarizə aparmalıdır. Hakimliklə bağlı tədbir görülməlidir.

- "Zirə" ilə matçda demək olar ki, "Neftçi"yə gəldikdən sonra ən yaxşı oyununuzu sərgilədiniz. Bu performansı davam etdirə biləcəksiniz?

- Komandamızın oyununda inkişaf var. Mən də çalışıram səhvlərim üzərində işləyim. Hansı komandada oynadığımı bilirəm. "Neftçi" böyük klubdur və burada tələblər də böyükdür. Qarşıdakı matçlarda da "Neftçi"yə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər