İngiltərə millisinin əsas qapıçısı Cordan Pikford klubu "Everton"la müqaviləsinin müddətini uzadacaq.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 31 yaşlı qolkiperlə Mersisayd təmsilçisi arasında sözləşmənin şərtləri daha 4 il müddətinə razılaşdırılıb.
Təcrübəli oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi.
Qeyd edək ki, Cordan Pikford 2017-ci ildən "Everton"da çıxış edir.