İngiltərəli yarımmüdafiəçi Cordan Henderson Niderlandın "Ayaks" komandasından ayrılıb.
"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Henderson 2024-cü ilin əvvəlindən "Ayaks"da çıxış edirdi. O, keçirdiyi 57 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi əvvəllər İngilətərənin "Liverpul", "Sanderlend" və "Koventri", Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klublarında çıxış edib.