İngiltərə yığmasının Millətlər Liqasında Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, Dortmund "Borussiya"sının futbolçusu Cob Bellingem də siyahıda yer alıb.
O, karyerasında ilk dəfə əsas yığmaya çağırılıb.
Cob "Real"da çıxış edən Cud Bellingemin qardaşıdır.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi bu mövsüm "Borussiya"da 14 oyunda 3 məhsuldar ötürmə edib.