İngiltərə millisinin üzvü Con Stounz karyerasını Fransa davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, 31 yaşlı müdafiəçi PSJ-nin maraq dairəsindədir.
Fransa çempionu Stounz üçün meneceri ilə danışıqlara start verib.
2016-cı ildən "Mançester Siti"nin formasını geyinən ingilisin müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
O, karyerası ərzində "Barnsli" və "Everton"da çıxış edib.