top
Con Oluremi: Nəriman Axundzadənin transferi MLS üçün böyük hadisədir Idman.biz
20 fevral 2026, 16:55
- ↺ +

Con Oluremi: Nəriman Axundzadənin transferi MLS üçün böyük hadisədir

"Bilirsiniz, mən "Qarabağ"ı Azərbaycanda oynadığım vaxtlardan tanıyıram. Onlara qarşı bir neçə dəfə oynamışam, buna görə də komandaya yaxşı bələdəm. Hətta düşünürəm ki, Azərbaycanda çıxış edən ilk ABŞ-li futbolçu mən olmuşam. Nəriman isə MLS-də oynayan ilk azərbaycanlı futbolçu olacaq. Bu da müəyyən mənada bizi dost və ya həmkar edir".

Bunu ABŞ-li futbolçu Con Oluremi deyib.

2013-2014-cü illər mövsümündə AZAL-da çıxış etmiş forvard millimizin üzvü Nəriman Axundzadənin ABŞ klubu "Kolumbus Kru"ya keçidindən danışıb.

"Düşünürəm ki, bu, xüsusilə liqa üçün böyük hadisədir. Keyfiyyət baxımından, xüsusən də "Qarabağ"da bu səviyyə artıq uzun illərdir mövcuddur. Müasir futbolda, xüsusilə də diqqətin əsasən Avropanın TOP-5 liqalarına yönəldiyi bir dövrdə, öz səviyyəni göstərmək və rəqabət aparmaq asan deyil. Amma "Qarabağ"ın Avropa yarışlarında göstərdiyi uğurlu çıxışlar açıq şəkildə sübut edir ki, həm liqa, həm də ümumi səviyyə son 10–12 ildə — mənim tanıdığım və bir parçası olduğum müddət ərzində davamlı şəkildə inkişaf edib", - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.

Oluremi MLS-in səviyyəsindən danışıb:

"MLS mənim 2005-ci ildə "Çikaqo Fire"la debüt etdiyim vaxtdan bəri inanılmaz dərəcədə inkişaf edib. Daha sonra iki il "Sportinq Kansas Siti"də çıxış etdim və bu müddətdə liqanın necə böyüdüyünü yaxından gördüm. Liqa çoxlu sayda yüksək səviyyəli və tanınmış futbolçuları cəlb etməklə ümumi səviyyəni artırmağı bacardı. Eyni zamanda komandaların sayı genişləndi və daha çox oyunçu üçün peşəkar karyera imkanı yarandı. Məhz bu amillər MLS-in bu gün olduğu səviyyəyə çatmasının əsas səbəbidir.

Əlbəttə, dünyanın ən üst səviyyəli liqalarından biri hesab olunması üçün hələ də qət ediləsi uzun yol var. Amma qısa zaman ərzində görülən işlərə baxsaq, bu, həqiqətən böyük nailiyyətdir. Təkcə futbolçuların meydanda əldə etdikləri uğurlar deyil, həm də liqanın Amerikada futbol/soccer anlayışına və bu idmana baxışa gətirdiyi dəyişikliklər MLS-in inkişafının ən vacib göstəricilərindəndir".

Oluremi Azərbaycan və ABŞ çempionatlarını müqayisə edib:

"Düşünürəm ki, bu iki liqanı müqayisə etmək o qədər də doğru deyil, çünki onlar tamamilə fərqli struktura malikdirlər. MLS-də ümumilikdə infrastruktur və şərait demək olar ki, bütün klublarda eyni standartdadır. Təklif olunan imkanlar oxşardır və ölkə üzrə futbolçuların səviyyəsi də bir-birinə yaxın olur.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Burada ən güclü komandalarla liqaya daxil olmağa çalışan daha kiçik klublar arasında ciddi səviyyə fərqi var. Həmçinin MLS-də aşağı liqaya düşmə və yuxarı liqaya yüksəlmə sistemi (relegation/promotion) yoxdur. Eyni zamanda, Avropadakı kimi "super güc" hesab olunan nəhəng klublar da yoxdur.

Futbolçu səviyyəsinə gəldikdə isə, düşünürəm ki, "Qarabağ" və ya "Neftçi" kimi klublarda oynayan, yaxud Azərbaycan çempionatında ilk 3 pillədə qərarlaşan komandaların heyətində yer alan oyunçuların MLS-də çıxış etmək üçün kifayət qədər keyfiyyəti və potensialı var. Amma ümumi mənzərəyə baxsaq, MLS kağız üzərində daha çox komandaya, daha geniş imkanlara və ümumilikdə daha yüksək orta səviyyəyə malik olduğunu göstərir. Bununla belə, söhbət yalnız Azərbaycanın ən güclü klublarından — məsələn, "Qarabağ", "Neftçi" və digərlərindən gedərsə, o zaman müqayisə fərqli ola bilər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Oxşar xəbərlər