top
ÇL-nin son turu: Qarabağın top-24 şansı və rəqiblərin oyunları – İCMAL Idman.biz
28 yanvar 2026, 18:30
- ↺ +

ÇL-nin son turu: "Qarabağ"ın top-24 şansı və rəqiblərin oyunları – İCMAL

Bu gün futbol üzrə Çempionlar Liqasının əsas mərhələsi başa çatır. Demək olar ki, bütün komandalar üçün turnir baxımından real maraq var. Yalnız iki klub artıq ilk "8-lik"də yerini təmin edib, qalan 36 komandadan 30-u isə axşama konkret hədəflərlə çıxır: kimisi top-8-ə düşmək, kimisi heç olmasa top-24-də qalmaq, kimisi isə sadəcə turnirdən kənarda qalmamaq üçün son şansını dəyərləndirmək istəyir.

Əsas mərhələdə ilk 8 yeri tutan komandalar birbaşa olaraq Çempionlar Liqasının 1/8 final mərhələsinə adlayırlar. 9-24-cü yerləri tutan klublar isə 1/8 finala çıxmaq uğrunda pley-off görüşlərində qarşılaşacaqlar. 25-36-cı yerlərin sahibləri üçün isə turnir başa çatır.

"Qarabağ" üçün hesablamalar sadə, amma kifayət qədər sərtdir. Ağdam təmsilçisi 8-ci tura 10 xalla 18-ci pillədə daxil olur və hazırda top-24 zonasında yer alır. Lakin rəqib səfərdə "Liverpul"dur. Bu isə o deməkdir ki, paralel olaraq 8–9 xalı olan və bir uğurlu axşamla bu həddi aşa biləcək rəqiblərin nəticələrini də diqqətlə izləmək lazım gələcək.

Top-24 uğrunda mübarizədə "Qarabağ"ın vəziyyətinə təsir edən oyunlar:

"Barselona" – "Kopenhagen"
"Barselona" 13 xalla top-8 uğrunda mübarizə aparır. "Kopenhagen" isə 8 xalla top-24 xəttinə çox yaxındır. Danimarka klubunun qələbəsi aşağı pillələrdəki bütün rəqiblərin işini xeyli çətinləşdirə bilər.

"Monako" – "Yuventus"
Hər iki komandaya nəticə lazımdır. "Yuventus" 12 xalla 9–24 zonasındakı mövqeyini möhkəmləndirmək və şans yaranarsa top-8-ə yaxınlaşmaq istəyir. "Monako" isə 9 xalla cədvəlin orta hissəsindəki komandaların, o cümlədən "Qarabağ"ın birbaşa rəqibidir.

"Napoli" – "Çelsi"
Top-8 və top-24 maraqlarının kəsişdiyi daha bir qarşılaşma. "Napoli" 8 xalla keçid zonasına qayıtmaq uğrunda mübarizə aparır, "Çelsi" isə 13 xalla birbaşa 1/8 finala vəsiqə məsələsini həll etməyə çalışır.

"Brügge" – "Marsel"
"Marsel" 9 xalla "Qarabağ"ın ən yaxın izləyicilərindən biridir. Fransızların qələbəsi top-24 uğrunda mübarizəni daha da gərginləşdirəcək.

"Bayer" – "Vilyarreal"
"Bayer"in 9 xalı var və qələbə onların xalını 12-yə çatdıra bilər. Bu isə 10 xallı komandaların bütöv bir qrupunu geridə qoymaq imkanı deməkdir.

"Atletik" – "Sportinq"
"Atletik" 8 xalla 23-cü pillədə qərarlaşıb və hazırda top-24-də qalır. "Sportinq" isə 13 xalla 10-cu yerdədir və minimum pley-off mərhələsini artıq təmin edib. "Qarabağ" üçün daha sərfəli ssenari heç-heçə və ya baskların xal itirməsidir, çünki "Atletik"in qələbəsi onları 11 xala yüksəldəcək.

"Ayaks" – "Olimpiakos"
"Ayaks" 6 xalla 32-ci pillədədir. "Olimpiakos" isə 8 xalla top-24-də sonuncu keçid yerini tutur. Yunan klubunun qələbəsi "Qarabağ" üçün vəziyyəti daha da gərginləşdirə bilər. Heç-heçə və ya xal itkisi isə "Qarabağ"ın maraqlarına uyğundur.

PSV – "Bavariya"
PSV 8 xalla 22-ci pillədədir və nəticəyə ehtiyacı var. "Bavariya" isə artıq 1/8 finala vəsiqəni təmin edib. Meydan sahiblərinin qələbəsi top-24 uğrunda təzyiqi artıracaq, PSV-nin xal itirməsi isə "Qarabağ"ın xeyrinə olacaq.

ÇL-in əsas mərhələsinin 8-ci turunda Bakı vaxtı ilə saat 23:59-da başlayacaq bütün oyunlar:

"Ayaks" – "Olimpiakos"
"Arsenal" – "Kayrat"
"Monako" – "Yuventus"
"Atletik" – "Sportinq"
"Atletiko" – "Bude-Qlimt"
"Bayer" – "Vilyarreal"
"Borussiya" Dortmund – "İnter"
"Brügge" – "Marsel"
"Ayntraxt" – "Tottenhem"
"Barselona" – "Kopenhagen"
"Liverpul" – "Qarabağ"
"Mançester Siti" – "Qalatasaray"
"Pafos" – "Slaviya"
PSJ – "Nyukasl"
PSV – "Bavariya"
"Union" – "Atalanta"
"Benfika" – "Real Madrid"
"Napoli" – "Çelsi"

8-ci tur öncəsi Çempionlar Liqasının turnir cədvəli:

"Arsenal" – 21
"Bavariya" – 18
"Real Madrid" – 15
"Liverpul" – 15
"Tottenhem" – 14
PSJ – 13
"Nyukasl" – 13
"Çelsi" – 13
"Barselona" – 13
"Sportinq" – 13
"Mançester Siti" – 13
"Atletiko" – 13
"Atalanta" – 13
"İnter" – 12
"Yuventus" – 12
"Borussiya" Dortmund – 11
"Qalatasaray" – 10
"Qarabağ" – 10
"Marsel" – 9
"Bayer" – 9
"Monako" – 9
PSV – 8
"Atletik" – 8
"Olimpiakos" – 8
"Napoli" – 8
"Kopenhagen" – 8
"Brügge" – 7
"Bude-Qlimt" – 6
"Benfika" – 6
"Pafos" – 6
"Union" – 6
"Ayaks" – 6
"Ayntraxt" – 4
"Slaviya" – 3
"Vilyarreal" – 1
"Kayrat" – 1

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər