top
ÇL-nin cavab oyunları: Qarabağ üçün formal xarakterli matç, Madrid və Milanda intriqa davam edir Idman.biz
24 fevral 2026, 14:50
- ↺ +

ÇL-nin cavab oyunları: "Qarabağ" üçün formal xarakterli matç, Madrid və Milanda intriqa davam edir

Bu gün, 24 fevralda Çempionlar Liqasının pley-off mərhələsinin səkkiz cavab oyunundan dördü keçiriləcək.

İdman.Biz xəbər verir ki, futbol axşamı kifayət qədər gərgin və maraqlı vəd edir: bəzi cütlüklərdə məhsuldar heç-heçədən sonra intriqa qalır, digərlərində isə favorit artıq 1/8 finala doğru ciddi addım atıb.

"Nyukasl" - "Qarabağ"

Bakıdakı ilk oyunda İngiltərə klubu 6:1 hesablı qələbə ilə növbəti mərhələ məsələsini demək olar ki, həll edib. Entoni Qordon hələ birinci hissədə pokerə imza ataraq fasiləyədək üstünlüyü həlledici həddə çatdırıb. İlk matçdakı oyunu nəzərə alsaq, Ağdam təmsilçisinin beş top fərqini aradan qaldırmaq ehtimalı minimuma bərabərdir. Qarşıdakı görüşdə "Qarabağ" üçün əsas məqsəd avrokubok mövsümünü layiqli şəkildə başa vurmaqdır.

Meydan sahiblərində itkilər var: Eddi Hau Bruno Gimaraeş, Tino Livramento və Emil Kraftın xidmətindən yararlana bilməyəcək. Bakıdakı nəticəni nəzərə alsaq, "sağsağanlar"ın liderlərini qoruyacağı və yalnız ehtiyac yaranarsa onlara şans verəcəyi gözlənilir. Ağdam klubunda isə daha intizamlı oyun sərgiləmək və müsbət təəssürat yaratmaq hədəf kimi müəyyənləşdirilib.

"Atletiko" – "Brügge"

Belçikada keçirilən ilk qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. "Atletiko" oyunda iki dəfə hesabda önə keçsə də (2:0 və 3:2), 89-cu dəqiqədə buraxılan qol səbəbindən qələbəni əldən verib. Beləliklə, növbəti mərhələyə vəsiqənin taleyi Madriddə həll olunacaq.

Dieqo Simeonenin komandası anlayır ki, bu ssenaridə istənilən səhv həlledici ola bilər. Bu gün qalib gələn tərəf 1/8 finala yüksələcək, iki oyunun cəminə görə bərabərlik olarsa, əlavə vaxt təyin ediləcək. Simeone oyundan əvvəlki açıqlamasında qarşıdurmanın açıq qaldığını bildirib və komandasının müdafiədə daha diqqətli olmasının vacibliyini vurğulayıb.

"İnter" – "Bude-Qlimt"

Norveçdə ÇL-nin son vitse-çempionu gözlənilmədən 1:3 hesabı ilə uduzub və indi "San-Siro"da geridönüşə məcburdur. Birinci hissə bərabər keçsə də, fasilədən sonra "İnter" iki top buraxaraq çətin vəziyyətə düşüb.

Matçı əlavə vaxta daşımaq üçün milanlılara iki top fərqli qələbə, birbaşa vəsiqə üçün isə üç top üstünlük lazımdır. Komandanın kapitanı Lautaro Martinesin sol baldırının kambalvari əzələsində dartılma aşkarlanıb və onun cavab oyununda iştirakı sual altındadır. Baş məşqçi Kristian Kivu komandanın kambekə inandığını və ilk dəqiqələrdən aqressiv futbol sərgiləyəcəyini bildirib.

"Bayer" – "Olimpiakos"

Leverkuzen təmsilçisi Pireydən 2:0 hesablı qələbə ilə qayıdıb. Patrik Şikin ikinci hissədə vurduğu dubla görə Almaniya klubu növbəti mərhələyə ciddi addım atıb, lakin məsələ hələ tam həll olunmayıb.

"Olimpiakos"a əlavə vaxta ümid etmək üçün ən azı iki top fərqli qələbə lazımdır. "Bayer" üçün əsas vəzifə intizamlı oynamaq və rəqibə erkən qol imkanı verməməkdir. Leverkuzenlilər Bundesliqadakı son məğlubiyyətdən sonra avrokubokda reabilitasiya olunmaq əzmindədirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər