top
ÇL-də Qarabağdan sensasiya, Yuniondan uğurlu start, Yuventusla Borussiyadan qol-şamata Idman.biz
17 sentyabr 2025, 01:23
- ↺ +

ÇL-də "Qarabağ"dan sensasiya, "Yunion"dan uğurlu start, "Yuventus"la "Borussiya"dan qol-şamata

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

İlk qarşılaşmalar İspaniya və Niderlandda keçirilib. "Atletik" "Arsenal"ı "Eyndhoven" isə Belçikanın "Yunion" klubunu qəbul edib.

İspan və ingilis klublarının qarşılaşmasında birinci hissə qolsuz başa çatıb. İkinci hissədə 72-ci dəqiqədə Martinelli qonaqları irəli çıxarıb - 0:1. 87-ci dəqiqədə Trossar qonaqların üstünlüyünü artırıb - 0:2. Beləliklə, "Arsenal" ÇL-nin Liqa mərhələsindəki ilk oyununda iki top fərqi ilə qalib gəlib.

Niderland və Belçika təmsilçilərinin oyununda hesabı gözlənilmədən qonaqlar açıblar. 9-cu dəqiqədə David penaltidən qonaqları irəli çıxarıb - 0:1. 39-cu dəqiqədə Ayt-əl-Hac ikinci topu meydan sahiblərinin qapısından keçirib. İkinci hissədə 81-ci dəqiqədə Kevin Mak Alister hesab arasındakı fərqi üç topa çatdırıb - 0:3. 90-cı dəqiqədə Van Bommel vurulan toplardan birinin əvəzini çıxıb - 1:3. Görüş bu hesabla bitib. Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə çıxış edən "Yunion" uğurlu starta imza atıb.

Günün son 4 oyunundan birində isə Azərbaycan çempionu "Qarabağ" meydana çıxıb. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"nın qonağı olub. Möhtəşəm oyun göstərən təmsilçimiz 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.

Digər oyunlardan öz dramatikliyi ilə seçilən "Yuventus" - "Borussiya Dortmund" oyununu qeyd etmək olar. Bu qarşılaşmada "Yuventus" məğlubiyyətdən artırılmış dəqiqələrdə vurduğu ikim qolla qurtarıb.

"Real Madrid" isə "Marsel" üzərində qələbəni Mbappenin iki penaltısinin hesabına əldə edib.

Və nəhayət "Tottenhem" "Vilyarreal"ı 1:0 məğlub edə bilib. Yeganə qolu ispaniyalılar öz qapılarına vurublar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr

20:45. "Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:1

Qollar: Martinelli (72), Trossar (87)

20:45. PSV (Niderland) - "Yunion" (Belçika) - 1:3

Qollar: Van Bommel (90); David (9, p), Ayt-əl-Hac (39), Mak Alister (81)

23:00. "Real Madrid" (İspaniya) - "Marsel" (Fransa) - 2:1

Qollar: Mbappe (29, p), (81, p); Vea (22)

23:00. "Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 4:4

Qollar: Yıldız (63), Vlaxoviç (67, 90+4), Kelli (90+6); Adeyemi 52, Nmeça (65), Kouto (74), Bensebaini (86, p)

23:00. "Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:0

Qollar: Luis Cunior (4, aq)

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3

Qollar: Barreneçea (6), Pavlidis 16: Andrade (30), Duran (48), Kaşuk (86)

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər