top
CİO Views jurnalında Elxan Səmədov haqqında məqalə dərc olunub Sport24.az
16 yanvar 2026, 11:45
- ↺ +

"CİO Views" jurnalında Elxan Səmədov haqqında məqalə dərc olunub

Beynəlxalq sferada böyük auditoriyaya malik, dünyaca məşhur biznes jurnalı "CİO Views"da Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov haqda məqalə dərc olunub. Sport24.az xəbər verir ki, bu platforma təkcə idman ictimaiyyətini deyil, eyni zamanda biznes adamları, akademik çevrələr, gənclər, menecerlər və beynəlxalq oxucu kütləsini əhatə edir. Jurnal müsahiblərini araşdırmalarına əsasən seçir. Dünyanın müxtəlif nöqtələrində öz sahəsində uğurlu olan şəxslərə müraciət olunaraq, təcrübələri, ideyaları, uğur yolu zəngin auditoriyalarına çatdırılır. "CİO Views" Elxan Səmədovun karyerasını vərəqləyərək, PFL prezidentinin təhsil, biznes, futbol idarəçiliyi uğurları, bu idman növünə sevgisi haqda məlumatlara yer verib. 

Müəllif yazıya "Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun futboldakı yolu sevgi, intizam və birliyin gücünə sarsılmaz inamla formalaşıb. Doktorluq dərəcəsi (PhD) ilə yekunlaşan akademik yolu onun analitik yanaşmasını və uzunmüddətli baxışını daha da möhkəmləndirib və bu gün idmanda nümayiş etdirdiyi liderliyin əsasını məhz bu keyfiyyətlər təşkil edir" sözləri ilə başlayır. 

Jurnal bildirir ki, Səmədov "Əsrin müqaviləsi"nin imzalanması, U-17 Qadınlararası Dünya Çempionatının keçirilməsi və I Avropa Oyunlarının təşkili də daxil olmaqla, ölkə üçün əhəmiyyətli milli mərhələlərin bir hissəsi olmaq şansını qazandığına görə özünü xoşbəxt sayır.

 

Müəllif qeydlərinə belə davam edir: "Onun idmanla bağlılığı heç vaxt yalnız inzibati səviyyədə olmayıb — bu, onun yaşadığı və təcrübədən keçirdiyi bir yol olub; o, idmançı kimi keçdiyi yolu qürurla xatırlayır.
"İdmançı kimi mən Azərbaycan Futzal I Liqasının dəfələrlə çempionu olmuşam, müxtəlif futzal və mini-futbol yarışlarında qalib gəlmişəm və bir sıra turnirlərdə ən yaxşı oyunçu və bombardir kimi tanınmışam. Mən həmçinin Azərbaycan basketbol çempionatının qalibi olmuşam," — deyə qürurla bildirir. Bununla belə, bütün bu nailiyyətlər arasında onun üçün ən böyük bir uğuru xüsusi qeyd edir — məşqçi kimi Azərbaycan futzal kubokunu qazanmaq" deyə PFL prezidenti idmançı karyerasını təsvir edir. 

 

"Satınalmadan Futbol Liderliyinə" yarımbaşlığı altında təqdim olunan hissədə Elxan Səmədovun biznes həyatı haqda açıqlamaları isə yəqin ki, idman sahəsində onu tanıyanların hamısına maraqlı gələcək. Məlum olur ki, məhz futbol sevgisi satınalmalar sahəsində böyük təcrübəyə malik Səmədovu karyerasında köklü dəyişikliyə vadar edib. 

 

Jurnalda yazılır: "Elxan dünya üzrə satınalma və təchizat zənciri idarəçiliyində tanınmış ekspert kimi, futbol idarəçiliyi ilə bu sahə arasında balansın zamanla necə dəyişdiyini də izah edir. "Mən satınalma sahəsində 30 ildən artıq çalışmışam və tenderlərin keçirilməsi və qiymətləndirilməsi, həmçinin satınalma auditlərinin aparılması məqsədilə təxminən 60 ölkəyə səfər etmişəm. Lakin 29 iyul 2022-ci il tarixində Peşəkar Futbol Liqasının prezidenti seçildikdən sonra karyera fokusumu futbola yönəltdim," - deyə o bildirir.

 

 

Müəllif qeyd edir ki, PFL prezidentinin fikirlərinə görə, futboldakı inkişaf ortaq öyrənmə və uyğunlaşdırılmış hədəflər tələb edir: "Buna görə də o, bilik və təcrübə mübadiləsini, birgə layihələri, təhsil proqramlarını və texniki əməkdaşlığı çox önəmli sayır. Elxana görə, beynəlxalq əməkdaşlıq xüsusilə əhəmiyyətli rol oynayıb və Avropa Liqaları Assosiasiyası (EPFL) ilə əməkdaşlıq onlar üçün xüsusilə dəyərli olub. "Məmnunluqla bildirmək istəyirəm ki, biz Dünya Liqaları Assosiasiyasına (WLA) üzv olmaq üçün danışıqlar prosesindəyik," — deyə qürurla paylaşır.

 

"Ən böyük arzum daha güclü, daha təsirli və beynəlxalq miqyasda tanınan Azərbaycan futbol sisteminin qurulmasına dəstək olmaqdır" deyə ürək sözlərini ifadə edən Elxan Səmədov nailiyyətlərini də sadalamaqdan çəkinmir: "Ən mühüm nailiyyətlərimizdən biri Peşəkar Futbol Liqasının təşkilati və struktur baxımından güclənməsidir. Biz UEFA və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirdik, şəffaflığı artırdıq və liqalar üzrə rəqabət balansını yaxşılaşdırdıq". 

 

Onun fikrincə aşağı liqalar vasitəsilə futbola çıxışın genişləndirilməsi isə atılan ən vacib addımlardan biridir: "Xüsusilə İkinci Liqanın yaradılmasını, yeni klubların futbol ekosisteminə inteqrasiyasını və peşəkar futbolun artıq ölkənin demək olar ki, hər regionunda əlçatan olmasını vurğulamaq istərdim. Bu dəyişiklik ona görə dəyərlidir ki, bu gün insanlar yaşadıqları yerə yaxın ərazidə peşəkar komandalar tapa bilirlər və bu, hamı üçün bərabər imkanlar yaradır".

 

Jurnal qeyd edir ki, PFL mövsüm ərzində keçirilən demək olar bütün peşəkar oyunların yayımını təşkil etməklə azarkeşlərin doğma klublarını hər nöqtədən izləmə imkanını formalaşdırır: "Bundan əlavə, Azərbaycanda keçirilən peşəkar oyunların demək olar ki, hamısının dünyanın istənilən yerindən izlənilə bilməsi futbolumuzun beynəlxalq tanınmasına böyük töhfə verib". 

 

Onun fikrincə, bu əlçatanlıq həm də təsəvvürü və ambisiyanı dəyişib: "Bu gün həm gənc istedadlar, həm də azarkeşlər peşəkar futbolun əlçatan olduğunu hiss edirlər."

 

Jurnalın əməkdaşı PFL prezidentinin bu gün də zədəsinin bərpasını davam etdirdiyi hadisə ilə bağlı da soruşmaqdan çəkinməyib və bu olayı belə təsvir edib: 

 

Onun xarakterini müəyyənləşdirən ən ciddi sınaqlardan biri 2023-cü ildə baş verib: Elxan ağır avtomobil qəzası keçirib. O, həmin dövrü həyatının ən çətin mərhələlərindən biri kimi xatırlayır. "Dözülməz ağrılara, həyati risklərə və tibbi məhdudiyyətlərə baxmayaraq, mən əlaqəni kəsmədim — xəstəxanada olduğum müddətdə belə, komandamla təmasda qaldım və onların yanında oldum," — deyir.

 

Geri dönüb baxanda, Elxan etiraf edir ki, bu hadisə onun liderlik anlayışını yenidən formalaşdırıb və daha da gücləndirib — bu inam bu gün də dəyişməz qalır: "Həmin dövr mənə bir daha göstərdi ki, liderlik çətinliklərdən qaçmaq deyil, sənə inanan insanları ortaq məqsəd ətrafında bir arada saxlamaqdır," — deyə əlavə edir. "Bu təcrübə futbolun gücünün həm də bizim birliyimizdə olduğunu bir daha təsdiqlədi".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər