ABŞ-da keçirilən Amerika kuboku davam edir.
İdman.biz xəbər verir ki, turnirin ikinci günündə bir oyun keçirilib.
A qrupunda ilk turun ikinci matçında Peru və Çilli milliləri üz-üzə gəliblər. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, A qrupunun bir gün əvvəlki matçında Argentina Kanadanı 2 cavabsız qolla məğlub edib.
Amerika kuboku
Qrup mərhələsi, I tur
22 iyun, A qrupu
04:00. Peru – Çili – 0:0
İdman.biz