"Cenoa" baş məşqçi Alberto Cilardinyo ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb.
Məlumatda veteran hücumçuya gələcək karyerasında uğurlar arzulanıb. Genuya klubu artıq onu əvəzləyicisini də tapıb. Komandaya Patrik Vieyra başçılıq edəcək.
Qeyd edək ki, Alberto 2022-ci ilin dekabrından "Cenoa"ya rəhbərlik edib. Onun rəhbərliyi ilə genuyalılar A Seriyasının 2024/2025 mövsümündə 12 turdan sonra 10 xal toplayıblar.
İdman.biz