Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən yaxşı akademiyalarına sahib futbol klublarının siyahısını açıqlayıb.
"Report" verir ki, ilk pillədə Portuqaliya təmsilçisi "Benfika" qərarlaşıb. Bu klub ötən il də eyni mövqedə olub.
İkinci yerdə İspaniyanın "Barselona" komandası yer alıb. İlk "3-lüy"ü isə Argentinanın "River Pleyt" klubu qapayıb.
Qeyd edək ki, siyahı hazırlanarkən dünyanın 49 ölkəsində oynayan akademiya yetirmələrinin sayı, klubların səviyyəsi və son bir ildə oyunçuların meydanda keçirdiyi vaxt nəzərə alınıb.