İngiltərənin aşağı dəstə komandalarından "Çiçester Siti"nin futbolçusu Billi Viqar kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu İngiltərənin regional liqasında şənbə günü keçirilən oyunda zədələnib.
Qeyd edək ki, 21 yaşlı B.Viqar 2025-ci ilin avqustunda "Çiçester Siti" klubuna keçib. O, "Arsenal" akademiyasının yetirməsidir.
Futbol Avropa futbolu koma ingiltərə