top
Ceyms Eziaşi: Ən böyük arzum Azərbaycan yığmasında çıxış etməkdir - MÜSAHİBƏ Idman.biz
01 may 2025, 14:23
- ↺ +

Ceyms Eziaşi: "Ən böyük arzum Azərbaycan yığmasında çıxış etməkdir" - MÜSAHİBƏ

"Səbail" klubunun 12 yaşlılardan ibarət komandasında çıxış edən futbolçu Ceyms Eziaşinin müsahibəsi

- Futbola olan sevginiz necə başladı? İlk dəfə topla nə zaman tanış olmusunuz?

- Atam futbolçu olub və biz onunla tez-tez futbol izləyirdik. Bundan sonra futbolçu olmaq istədim.

- Sizcə meydandakı ən güclü cəhətiniz hansıdır: sürət, texnika, yoxsa düşüncə tərzi?

- Mənim meydandakı ən güclü cəhətim sürətimdir.

- Qol vurduqdan sonra necə sevinirsiniz? Özəl sevinciniz və ya rəqsiniz varmı?

- Qol vurduqda Kol Palmer üslubunda sevinirəm, xüsusi rəqsim isə yoxdur.

- Ən çox hansı məşq üsulunu sevirsiniz ?

- Fiziki və texniki məşqlər.

- Əgər bir gün dünya səviyyəli bir klub transfer etmək istəsə, hansı klub olsun istəyərdiniz?

- Əgər məşhur klublardan seçim imkanım olsaydı, PSJ klubuna getmək istəyərdim.

- Ronaldu, Messi, Mbappe - özünüzü hansına daha yaxın hiss edirsiniz və niyə?

- Özümü daha çox Mbappeyə bənzədirəm. Çünki, sürətim yüksəkdir, penaltiləri yaxşı yerinə yetirirəm və driblinqim də yaxşıdır.

- Meydanda sizi əsəbiləşdirən ən qəribə hadisə nə olub?

- Meydanda məni ən çox əsəbiləşdirən qəribə hal - buraxdığım səhvlərdir, baxmayaraq ki, oyun zamanı bu normaldır.

- Qalib gəldiyiniz ən vacib oyun üçün özünüzə hansı hədiyyəni almısınız?

- Özümə "PlayStation 5" hədiyyə etmişəm.

- Ən çox qol vurmaq istədiyiniz məşhur qapıçı kimdir?

- Mən ən çox Manuel Noyerə qol vurmaq istərdim.

- Futboldan başqa gizli istedadınız varmı? Məsələn, rəsm, musiqi, akrobatika...

- Bəli, futboldan başqa da istedadım var - karate ilə məşğul oluram.

- Ən qəribə məşq tapşırığınız və ya məşqçi tövsiyəsi nə olub?

- Bizim məşqçimiz qəribə və ya mənasız tapşırıqlar vermir, yalnız lazımi və faydalı məsləhətlər verir.

- Azərbaycan milli komandasında oynamaq arzusundasınız. Bəs, Nigeriya yığmasından da təklif gəlsə, hansını seçərsiniz?

- Mənim ən böyük arzum Azərbaycan millisinin formasını geyinməkdir. Əgər Azərbaycan millisindən yox, Nigeriya millisindən dəvət gəlsə, özümü orada da sınamaq istərdim. Çünki Azərbaycan mənim vətənim olduğu kimi, Nigeriya da atamın vətənidir.

- Sənə görə bir futbolçunun uğurlu olması üçün yalnız bacarıq kifayət edirmi?

- Xeyr, düşünürəm ki, tək bacarıq uğur üçün kifayət deyil. Futbolda uğur qazanmaq üçün əzm, iradə və məqsədə doğru davamlı getmək vacibdir.

- Meydanda sizə motivasiya verən bir söz, dua və ya vərdişininiz varmı?

- Meydanda məni motivasiya edən xüsusi söz yoxdur, yalnız komanda və məşqçinin dəstəyi ilə motivasiya alıram.

- Ən yaddaqalan oyununuz və ya qolunuz hansıdır? Niyə sizin üçün o qədər önəmlidir?

- Mənim üçün ən yadda qalan oyun "Neftçi" ilə olan matçdır. Orada vacib qol vurdum və bütün komanda qələbə uğrunda mübarizə apardı. Baxmayaraq ki, oyun heç-heçə ilə bitdi, yenə də çox yaddaqalan idi.

- Hansısa musiqini və ya mahnını məşqdən əvvəl dinləməyi sevirsiniz?

- Mən ümumiyyətlə, nadir hallarda musiqi dinləyirəm, amma dinləyəndə Amerika rep musiqisini sevirəm.

- Əgər futbolçu olmasaydınız, nə olmaq istəyərdiniz?

- Əgər futbolçu olmasaydım, proqramçı və ya basketbolçu olmaq istəyərdim.

- Məktəbdə ən sevdiyiniz fənn hansıdır və niyə?

- Ən sevdiyim fənn coğrafiyadır, çünki təbiəti öyrənməyi sevirəm.

- Əgər bir gün sizin haqqınızda film çəkilsəydi, adını nə qoyardınız?

- Mən istəyərdim ki, mənim haqqımda film çəkilsə, adı "Arzulara doğru" olsun.

- Azərbaycanda ən çox sevdiyiniz adət və ya bayram hansıdır?

- Ən sevdiyim bayram Novruz bayramıdır.

- Dostların sizi necə bir insan kimi tanıyırlar - zarafatcıl, ciddi, lider?

- Zarafatcıl biri kimi.

- Ən sevdiyin qəhrəman və ya rol model kimdir?

- "Spider-Man".

- Nə vaxtsa futboldan qaçıb gizlənmək istədiyiniz bir gün olub?

- Belə bir gün heç vaxt olmayıb.

- Sizcə insanlar haqqınızda ən çox nəyi səhv başa düşürlər?

- İnsanlar mənim barədə ən çox bunu səhv başa düşürlər ki, guya mən əcnəbiyəm, amma mən Azərbaycan vətəndaşıyam.

- Həyatınızda sizə ən böyük dərsi verən insan kimdir?

- Mənə həyatda ən böyük dərsi verən insan - anamdır.

- Özünüzü 10 ildən sonra harada və necə təsəvvür edirsiniz?

- Özümü bir ulduz kimi görmək istəyirəm.

- Sizcə dostluq meydanda, yoxsa həyatda daha çətindir?

- Meydanda dostluq həyatda olan dostluqdan daha çətindir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Dünən, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Dünən, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Dünən, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Dünən, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Oxşar xəbərlər