"Şerif"in bu qədər zəif oyun sərgiləcəyini gözləmirdim. Tiraspol təmsilçisinin heyəti, oyun modeli çox dəyişib". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Millinin sabiq üzvü "Zirə"nin səfərdə qalib olmasına baxmauyaraq, cavab matçının daha çətin olacağını bildirib: "Zirə" Tiraspolda ağıllı futbol oynadı. Qəsəbə təmsilçisi müdafiədə etibarlılığıyla diqqət çəkdi. Onlar qapısının toxunulmazlığını təmin etməklə yanaşı, vacib qol vurub qələbə qazandı. Buna rəğmən Bakıda cavab görüşü daha ağır olacaq. İlk dueldə "qartallar" qələbə qazansa da, şanslar hələ də 50-nin, 50-yədi".
Qeyd edək ki, Tiraspolda baş tutan ilk görüşdə "Zirə" rəqibini minimal hesabla məğlub edib. Cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.
ABDULLA İSMAYILOĞLU