"Millimiz barədə danışmaq çox çətindir. Estoniyanı məğlub etməli idik. Görünən odur ki, çatışmayan cəhətlərimiz çoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
UEFA Millətlər Liqasının V turunda Estoniya ilə matçı şərh edən veteran futbolçu ölkə futbolunda dəyişiklik edilməli olduğunu vurğulayıb: "Doğma meydanda estonları məğlub edə bilmiriksə, deməli keyfiyyətimiz çatmadı. C Liqasından D-yə düşmək üzücüdür. İnşallah, rəhbər şəxslər yaxın gələcəkdə nəyisə dəyişəcəklər. Amma belə davam etsə, tunelin sonunda işıq görünmür".
Qeyd edək ki, Estoniya ilə oyunda heç-heçə edən millimizin qrup sonuncusu olacağı dəqiqləşib.