"Atletik"dən səfərdə xal alsaydıq yaxşı olardı. Amma komandaların, oynadıqları çempionatın səviyyəsi fərqli olduğuna görə, tempi qoruya bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Tanınmış menecer "Qarabağ"ın səfərdə "Atletik"ə məğlub olduğu qarşılaşmanı şərh edib:
"İlk qolu vurduqdan sonra əfsuslar olsun ki, topu özümüzdə saxlaya bilmədik. Rəqibin təzyiqi buna imkan vermədi. Ümumilikdə biz "Qarabağ"dan çox şey istəyirik. Yaddan çıxarmaq lazım deyil ki, "Atletik" bu oyundan sonra İspaniya nəhəngləri ilə oynayacaqsa, "Qarabağ" "Şamaxı", "İmişli" kimi klublarla. Fərq bundadır. "Qarabağ"a uğurlar arzu edirəm. İnanıram ki, əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.