top
Ceyhun Nuriyev: Əvvəlki oyunlarla müqayisədə addım-addım irəli getdiyimizi düşünürəm Report.az
11 iyun 2025, 13:08
- ↺ +

Ceyhun Nuriyev: "Əvvəlki oyunlarla müqayisədə addım-addım irəli getdiyimizi düşünürəm"

Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev iyunun 7-də Latviya (0:0), 10-da isə Macarıstan (1:2) yığmalarına qarşı keçirilən yoxlama oyunlarını dəyərləndirib.

24 yaşlı yarımmüdafiəçi "Report"a açıqlamasında Macarıstan millisinə qarşı daha yaxşı oyun sərgilədiklərini vurğulayıb.

"Macarıstanla oyunun daha yaxşı keçdiyini düşünürəm. Baxmayaraq ki, bu görüşdə məğlub olduq. Komandamız hücumlarda daha fəal idi. Əsasən də ikinci hissədə. Ümumilikdə komanda döyüşkənlik göstərdi. Hər iki matçda qələbə qazanmaq üçün vuruşduq. Təəssüf ki, alınmadı. Nəticələri bizim üçün yaxşı saymaq olmaz. Amma əvvəlki oyunlarla müqayisədə addım-addım irəli getdiyimizi düşünürəm", - deyə futbolçu bildirib.

O, Latviya ilə matça da toxunub:

"Latviya ilə oyunda üstün tərəf biz idik, ümumiyyətlə, rəqib bir neçə epizod istisna, demək olar ki, qol vəziyyəti yarada bilmədi. Əksinə, bizim imkanlarımız daha çox oldu. Oyuna rəqibdən daha yaxşı başlasaq da, səhvlərdən istifadə edə bilmədik. Bu, son oyunlarda millimizin əsas problemidir. Qələbə qazana bilməmək, məğlubiyyətlər bizi məyus edir. Amma ruh düşkünlüyü yoxdur. Hər oyunda meydana hansısa mənfi fikirlərlə çıxmırıq və qələbə qazanmağı düşünürük. Son vaxtlar "qara zolaq"dayıq. İnanıram ki, bu vəziyyətdən çıxacağıq. Bunun üçün bir qələbə lazımdır. Ən azı Latviya, Estoniya kimi millilərlə matçda qol vəziyyətlərindən istifadə etməliyik. Hücumların tamamlanmasında çatışmazlıqlar olur. Estoniya ilə Qəbələdəki matçda da fürsətlərdən yararlana bilmirdik. Bir qələbə qazansaq, komanda daha yaxşı oynayacaq və özünəinam yaranacaq".

C.Nuriyev millidə şans qazanması baxımından ciddi problem olmadığını deyib:

"Macarıstanla matçda meydana çıxmamışdım. Latviya ilə görüşdə isə xeyli müddətdir oynamadığım mövqedə yer almışdım. Belə deyim, öyrəşmədiyim mövqedə oynayırdım. Yəqin millinin baş məşqçisi məni bu mövqedə bəyənir. Klubumda isə daim oynadığım yer deyil. Ancaq əvvəllər bu mövqedə çıxış etmişəm. Texniki, taktiki səhvlərə gəlincə, futbolda olur. Təbii ki, meydana çıxanda sona qədər vuruşuram. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışıram və qələbə üçün əlimdən gələni edirəm. Millidə bacardığım hər şeyi ortaya qoyduğumu düşünürəm".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub. İyunun 7-də Latviya ilə baş tutan oyun isə qolsuz bərabərliklə nəticələnib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Oxşar xəbərlər