Transfer bazarında fəallığı ilə seçilən "Kəpəz" daha bir legionerlə ortaq məxrəcə gəlib.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "sarı-göylər" çernoqoriyalı yarımmüdafiəçi ilə anlaşıb.
26 yaşlı Vasilije Terzicin son klubu "Otrant- Olimpik" olub. Bu ay Çernoqoriya təmsilçisi ilə sözləşməsi başa çatan yarımmüdafiəçi gəncəlilərə azad agent statusu ilə qoşulacaq. O, başa çatan mövsümdə komandasının heyətində 13 oyuna çıxıb.
Qeyd edək ki, Terzic karyerası ərzində vətənində "Buduçnost"un, Bosniya və Herseqovinada isə "Boras"ın formasını geyinib.
İdman.biz