Cənubi Afrika futbol millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində öz meydanında Ruandaya 3:0 hesabı ilə qalib gəlib.
"Report" xəbər verir ki, yığma bu qələbədən sonra dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Komanda yer aldığı C qrupunu 18 xalla ilk sırada tamamlayıb. Bununla da Cənubi Afrika seçməsi 2010-cu ildən sonra ilk dəfə mundialların final mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Cənubi Afrika dünya çempionatına vəsiqə qazanan 23-cü komanda olub. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana və Kabo-Verdenin mundialın final mərhələsində iştirak edəcəyi müəyyənləşmişdi.