top
Cenk Sümer: Neftçi hədəfləri, yeni transferlər və çempionluq iddiası Idman.biz
28 oktyabr 2025, 15:37
- ↺ +

Cenk Sümer: "Neftçi" hədəfləri, yeni transferlər və çempionluq iddiası

"Hədəf hər zaman çempionluqdur. Bunu düşünmədən işə başlaya bilmərik".

Bunu "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Neftçi" Qəbələ səfərində çətin qələbə qazandı (2:0). Oyunla bağlı fikirləriniz necədir?

- 70-ci dəqiqəyə qədər işlərimiz yaxşı getmirdi. Xüsusən də meydanın mərkəzində çətinlik yaşayırdıq. Baş məşqçimiz Sessi D`Almeydaya istirahət vermişdi. Emil Səfərovla oyuna başlamağı planlaşdırırdı. Lakin o da oyuna bir gün qalmış xəstələndi və belədə planlarda dəyişiklik oldu. Bütün bunların nəticəsi olaraq komanda orta xətdə istədiyimiz kimi deyildi. Digər tərəfdən Qəbələdəki hava şəraitini də nəzərə almaq lazımdır. İlk hissədə müəyyən səhvlərimiz oldu. Fasilədən sonra Metyu və Abubakarın meydana çıxması həm mərkəzdə dinamika yaratdı, həm də hücumda istədiklərimizi edə bildik. Bu iki futbolçu "Neftçi" üçün faydalı transfer olduqlarını göstərdilər.

- Yəqin ki, Vensan Abubakar üçün bundan yaxşı debüt təsəvvür etmək bilməzdi...

- Abubakar tanıdığım futbolçudur. Bilirsiniz ki, "Beşiktaş"da da birgə işləmişik. Həqiqətən də onun üçün yaxşı başlanğıc oldu. Onun uğurlu debütu həm komandaya, həm baş məşqçiyə inam verdi. Yaxın zamanlarda daha güclü Abubakar görəcəyik. Buna inanıram.

- "Neftçi" doqquzuncu turda ikinci qələbəsini qazandı. Razısınız ki, bu, çox azdır?

- Elədir. Lakin biz mövsümün əvvəlində də demişdik, yeni komanda qururuq. Keçən illə müqayisədə heyətimiz böyük ölçüdə dəyişib. Yeni komanda qurmaq isə asan deyil. Zamanla hər şey qaydasına düşəcək. Azarkeşlər komandaya inansınlar. Növbəti turda "Kəpəz"lə oynayacağıq, hər matçı düşünməliyik. Çox istərdim ki, azarkeşlər həmin oyunda komandanı dəstəksiz qoymasınlar. Bu gün "Neftçi"nin onların dəstəyinə ehtiyacı var.

- "Sumqayıt" üzərində qələbədən sonra əksəriyyət düşündü ki, "Neftçi" "qara zolaq"dan çıxdı. Lakin növbəti tur komanda büdrədi. Necə düşünürsünüz, bu dəfə qələbənin ardı gələcək?

- Gəlməlidir. Biz də gözləyirik. Klub rəhbərliyi olaraq bunun üçün hər şeyi edirik. Azarkeşlərimiz rahat olsunlar. Klubda hamı işinə ciddi yanaşır. Bəli, mövsümün əvvəlində nəticələrimiz uğursuz oldu. Bəzi matçlarda hakim səhvləri oldu və vacib xallar itirdik. İnanıram ki, bunlar təkrarlanmayacaq, hamı səhvlərindən dərs çıxardacaq.

- Qeyd etdiyiniz kimi, klub uğur qazanmaq üçün hər şeyi edir. Bəs çatışmayan nədir?

- Dediyim kimi, heyət yeni qurulub. Futbolçular bir-birlərini yeni tanıyırlar. Uyğunlaşmada çətinlik olur. Legioner üçün də asan deyil, yeni ölkə, yeni klub, yeni komanda yoldaşları. Futbol nəticə oyunudur. 8 turda 6 heç-heçə normal deyil. "Qəbələ" ilə görüşdə ikinci qələbəmizi qazandıq. Rəqibin də haqqını vermək lazımdır. "Qəbələ" yaxşı komandadır. Zamanla daha da güclü olacaqlar. Onlara da işlərində uğurlar arzulayıram.

- Mövsümün startındakı nəticələr "Neftçi"ni hədəflərindən uzaq salmayıb?

- Hədəf hər zaman çempionluqdur. Bunu düşünmədən işə başlaya bilmərik. Digər tərəfdən isə yeni komandanın uğur qazanması asan olmur. "Neftçi"nin adı var. "Neftçi"nin yeri Avropadır. Həm də biz təkcə bu mövsümü düşünmürük. Etdiyimiz transferlər yalnız bu mövsüm üçün nəzərdə tutulmayıb. Müəyyən addımları növbəti mövsümü düşünərək atmışıq. Komanda ritmə düşəcək. Çempionatda sona qədər mübarizə apacağıq. Hədəfimiz həm də kubokda qazanmaqdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Oxşar xəbərlər