Yeni mövsümdə I Liqada mübarizə aparacaq "Qəbələ" heyətini gücləndirməkdə davam edir. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" Seneqalın U-20-nin sabiq üzvü Loren Mendi ilə müqavilə bağlamağa yaxındı.
Karyerasına ölkəsinin "Avenir" klubunda başlamış 25 yaşlı forvard karyerası ərzində Belçikanın "Antverpen", "Rasinq Besanson", Çinin "Luşan" və Lüksemburqun "Düdelanj" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, bölgə təmsiçisi hazırlıq dönəmində 2 yoxlama matçında qüvvəsini sınayıb və hər iki görüşü qələbə ilə başa vurub.