top
Çempionluq yenə də təxirə salınacaq? Idman.biz
21 aprel 2025, 09:16
- ↺ +

Çempionluq yenə də təxirə salınacaq?

Misli Premyer Liqasının çempionunun müəyyənləşməsi təxirə düşüb.

İdman.biz xəbər verir ki, XXXI tur qızıl medalın sahibinin müəyyənləşməsi üçün yetərli olmayıb.

"Qarabağ" öz meydanında "Neftçi"ni 3:0 hesabı ilə məğlub edərək xal sayını 76-ya çatdırıb. Amma "Sumqayıt"ı qəbul edən "Zirə" də turu itkisiz keçib. Qəsəbə klubu 3:1 hesablı qələbə ilə 15 xallıq fərqi qoruyub.

Bu isə o deməkdir ki, çempion qarşıdakı turda da rəsmiləşə bilər. Sona 5 tur qalmış olan 15 xallıq fərq bir büdrəmə, bir uduzulmayan matçın yetərli olması anlamına gəlir.

Amma çempionluq yenidən təxirə də düşə bilər. Bu həftəsonu keçiriləcək görüşlərdən asılı olacaq.

Aprelin 26-da "Zirə" Tovuzda "Kəpəz"in qonağı olacaq. Bakı klubu büdrəsə, "Qarabağ" meydana çıxmadan qızıl medalları təmin edəcək. Lakin Rəşad Sadıqovun yetirmələrinin autsayderlərdən birinə xal bağışlaması o qədər də real deyil.

"Zirə" xal itirsə, bir gün sonra "Sabah"ın qonağı olacaq Qurban Qurbanovun komandası meydana çempion statusu ilə çıxacaq. Qəsəbə təmsilçisi qalib gəlsə, "Qarabağ" xal qazanmalı olacaq. Ağdam təmsilçisi "Sabah"a uduzmasa qızıl medalları boynuna taxacaq.

Əgər "Zirə" xal itirməsə və ardınca da uğursuz mövsüm keçirən Vasili Berezutskinin yetirmələri liderə dişini göstərsə, çempionluq XXXIII tura təxirə düşəcək. Həmin turda "Zirə" "Turan Tovuz"u, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, 11 qat ölkə çempionu olan "Qarabağ" yarışın ən titullu komandasıdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Oxşar xəbərlər