top
Çempionlar Liqasının hesabatı: rekordlar, seriyalar, ilklər... İdman.biz
06 noyabr 2024, 15:17
- ↺ +

Çempionlar Liqasının hesabatı: rekordlar, seriyalar, ilklər...

Çempionlar Liqasında Liqa mərhələsinin IV turunun ilk günü maraqlı məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS günün statistikaları ilə bağlı hesabat təqdim edib.

"Milan"a 1:3 hesabı ilə uduzan "Real"ın İtaliya klubları ilə matçlardakı 10 oyunluq qələbə seriyası qırılıb. Bir klubun eyni ölkə təmsilçiləri ilə duelləri üçün rekord seriyadır.

2019-cu il martın 5-də "Ayaks"a 1:4 hesabı ilə uduzan "Real" sonrakı 68 ayda ilk dəfə 2 top fərqi ilə məğlub olub.

"Real" 2020-ci ilin oktyabrından sonra ilk dəfə ardıcıl 2 ev məğlubiyyəti alıb. Həmin vaxt "Kadis" 1:0, "Şaxtyor" 3:2 hesabına sevinib. Son iki məğlubiyyətə qədər Madrid klubu 39 ev oyununda uduzmamışdı.

Tiyani Reynders "Milan"dakı son 5 oyununda 4 qol vurub. Maraqlıdır ki, o, bunadək keçirdiyi 60 matçda da eyni sayda qola imza atıb.

"Sportinq"ə 1:4 hesabı ilə uduzan "Mançester Siti" 2018-ci ildən sonra ilk dəfə ardıcıl 3 məğlubiyyət alıb.

"Mançester Siti" tarixində 2-ci dəfə Çempionlar Liqasında 4 top buraxıb. 2016-cı il oktyabrın 19-da "Barselona" "şəhərlilər"ə qənim kəsilib.

"Sportinq" Pep Qvardiolanın komandasına Çempionlar Liqasında 4 qol vuran 3-cü komandadır. "Real" "Bavariya"ya, "Barselona" "Mançester Siti"yə aman verməyib. Hər iki görüş 4:0 hesabı ilə bitib.

Viktor Qyokereş Çempionlar Liqasında het-trik edən ikinci isveçlidir. Zlatan İbrahimoviç 2013-cü il oktyabrın 23-də PSJ-nin heyətində "Anderlext"ə üç qol vurub.

Qyokereş Lionel Messi (19 oktyabr 2016-cı il, "Barselona") və Kristofer Nkunkudan (15 sentyabr 2021-ci il, "Leypsiq") sonra "Mançester Siti"yə üç qol vuran 3-cü futbolçu olub.

Qyokereş "Sportinq"lə Çempionlar Liqasında het-trik edən 3-cü oyunçudur. Joao Lorens 1970-ci il sentyabrın 16-da "Fiorentina", Antonio Oliveyra 1982-ci il sentyabrın 29-da Zaqreb "Dinamo"suna qarşı het-trik edib.

Erlinq Haland Çempionlar Liqasında ikinci dəfə penaltini qaçırıb. O, 2023-cü ildə "Bavariya" ilə matçda imkanı əldən verib.

Çempionlar Liqası tarixində ikinci dəfə Karlo Ançelotti və Pep Qvardiolanın komandaları eyni gündə uduzub. 2021-ci il sentyabrın 28-də "Real" "Şerif"ə 1:2, "Mançester Siti" PSJ-yə 0:2 hesabı ilə yenilib.

"Jirona"nı 4:0 hesabı ilə məğlub edin PSV Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb və ilk dəfə 4 qol vurub.

Lük de Yonq Niderland klubları ilə ən çox avrokubok matçı keçirən futbolçu olub. O, Villi van de Kekhof, Dabbi Blind və Nik Vergeveri keçib.

Malik Tilman Çempionlar Liqasının oyununda qol və assistə imza atan 4-cü ABŞ futbolçusudur.

4 oyunda 4 avtoqol edən "Jirona" bir mövsüm üçün antirekorda imza atıb. 2007/08 mövsümündə "Fənərbaxça" 3 dəfə topu öz qapısına vurub.

23 yaş 245 günlük start heyətə malik "Monako" Çempionlar Liqasının ən gənc "11-liy"inin müəllifi olub.

"Monako" künc zərbəsindən sonra mövsümdə 6-cı qolu vurub. Bu, mövsümün "Top-5" Liqa klubları üçün rekordudur.

Ardıcıl 23 oyunda qol buraxan "Monako" 2016-cl il noyabrın 2-dən sonra ilk dəfə qapısını toxunulmaz saxlayıb.

"Bolonya" avrokuboklarda ilk ev məğlubiyyətini alıb. Bu, 28 oyun – 16 qələbə və 12 heç-heçədən sonra gerçəkləşib.

Dortmund "Borussiya"sı ardıcıl 13 ev oyununda uduzmamaqla klubun Çempionlar Liqası rekordunu yeniləyib: 9 qələbə, 4 heç-heçə.

"Leypsiq" 2007-ci ildən sonra ilk Almaniya klubudur ki, startda 4 məğlubiyyət alıb. 17 il əvvəl "Ştutqart" bu aqibətlə üzləşib.

Duşan Vlahoviç "Yuventus"da 50-ci qoluna imza atıb.

Conatan Devidin qol vurduğu ev oyunlarında "Lill" uduzmayıb: 30 qələbə, 8 heç-heçə.

"Liverpul" 2021-ci ildən sonra ilk dəfə startda ardıcıl 4 qələbə qazanıb.

Luis Dias het-trik edən ikinci kolumbiyalıdır. Ona qədər 1997-ci ildə "Nyukasl" forması geyinən Faustino Asprilya "Barselona"ya üç qol vurub.

Bu, "Liverpul"un Çempionlar Liqasında 7-ci het-trikidir. Maykl Ouen 2002, Yossi Benayun 2007, Filippe Koutinyo 2017, Sadio Mane 2018, Dioqo Jota 2020, Məhəmməd Salah 2022-ci ildə bunu bacarıb.

Zaqreb "Dinamo"sunun qapıçısı Daniel Zaqoratsın Çempionlar Liqasında debütü 37 yaşdan sonra gerçəkləşib. O, cari mövsümdə 4-cü belə oyunçu olub ki, bu da rekorddur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:19

Şahrudin Məhəmmədalyev "Qarabağ"da 100-cü Premyer Liqa matçını keçirib

Voleybol
Bu gün, 15:13

"Turan" Azərbaycan komandası qrup mərhələsinə vəsiqə qazanmaq üçün hazırlaşıyor

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Oxşar xəbərlər