top
Çempionlar Liqasında sürpriz qalib gələ bilər Idman.biz
08 may 2025, 15:31
- ↺ +

Çempionlar Liqasında sürpriz qalib gələ bilər

UEFA Çempionlar Liqasının finalında qarşılaşacaq PSJ və "İnter" mövsümün əvvəlində yarışın əsas favoritləri hesab olunmurdular.

İdman.biz xəbər verir ki, iki komandanın müqayisəsində isə İtaliya təmsilçisinin kuboku qazanmaq şansları daha az sayılırdı.

PSJ hətta liqa mərhələsinin gedişində ilk 24-lükdən kənar qalaraq pley-offa yüksəlməmək təhlükəsi ilə də üzləşmişdi.

Məsələn, 5 turdan sonra hesabında üç məğlubiyyət olan Fransa təmsilçisi 25-ci yerdə qərarlaşaraq, özündən bir pillə öndəki Madrid "Real"ından iki xal geri qalırdı.

Amma sonra qələbələri sıralayan PSJ penaltilər seriyasında hətta turnirin gedişində əsas favorit sayılan "Liverpul"u da mübarizədən kənarlaşdıra bildi (0:1, 1:0, pen. 4:1).

Finala vəsiqə qazandıqlarında isə Paris klubunun prezidenti Nasser Al-Xelaifi həmin dövrü də xatırlatdı: "Liqa mərhələsinin bitməsinə üç tur qalmış, pley-offu əldən verə biləcəyimiz vaxt finala çıxacağımızı desəydilər... Amma mən həmişə futbolçulara, baş məşqçiyə və məşqçi heyətinə inanmışam. Bu mövsüm həm meydanda, həm də meydandan kənarda özəl nələrinsə baş verdiyini hiss edirdim. Hamı bir-biri üçün vuruşurdu, hamı xoşbəxt idi və formamız üçün döyüşməyə hazır idi".

"İnter" isə əksinə, 5-cu turdan sonra gözlənilmədən dörd qələbə ilə liqa mərhələsində ikinci yerə yüksəlmiş və "Liverpul"dan cəmi iki xal geri qalırdı. Ondan sonra "Bayer"ə (0:1) uduzan Milan təmsilçisi daha sonra yoluna məğlubiyyətsiz davam edərək, finaladək gəlib çıxdı.

Beləliklə, mayın 31-də Münhendəki həlledici matçda qələbə qazanacaq komanda 2003-cü ildən bəri Çempionlar Liqasının ən gözlənilməz qalibi hesab ediləcək. O vaxt isə yarışı sensasiyalı şəkildə Joze Mourinyonun çalışdırdığı "Porto" qazanmışdı.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Oxşar xəbərlər