top
Çempionlar Liqasında qol və rekordlarla ZƏNGİN GÜN İdman.biz
27 noyabr 2024, 12:46
- +

Çempionlar Liqasında qol və rekordlarla ZƏNGİN GÜN

Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin V turunun ilk günü statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS maraqlı faktlarla bağlı hesabat hazırlayıb.

ÇL tarixinin ikinci ən məhsuldar günündə 9 oyunda 40 qol vurulub. 2014-cü il oktyabrın 21-də eyni sayda qol 8 matça təsadüf edib. Rekord 12 görüşün baş tutduğu 1997—ci il oktyabrın 1-də qeydə alınıb – 44 top.

Cari mövsüm Liqa mərhələsinin 81 oyunundan 27-də, dünənki 9 matçın 5-də böyük hesab qeydə alınıb. Bu, görünməmiş göstəricidir.

"Bayer" – "Zalsburq" görüşündə (5:0) fərqlənən Florian Virts 21 yaşında 17-ci avrokubok qoluna sevinib. 22 yaşı tamam olana qədər yalnız Erlinq Haland (23), Kilian Mbappe (21) və Kriştiano Ronaldo (20) daha çox, Lionel Messi (17) eyni sayda qol vurub.

"Bavariya"ya 0:1 hesabı ilə uduzan PSJ tarixində ilk dəfə bir təqvim ilində 6 avrokubok məğlubiyyəti alıb.

Bu matç Manuel Noyerin 150-ci avrokubok oyunu olub. "Bavariya"nın qapıçısı qolkiperlər arasında İker Kasilyas (179), Canluici Buffon (159) və Pepe Reynadan (157) sonra dördüncüdür.

"Yanq Boyz"a 6:1 hesabı ilə qalib gələn "Atalanta"nın futbolçusu Şarl de Keteleare ÇL tarixinə bir qarşılaşmada "2+" qol və "3+" assist edən ilk oyunçu, 5 və daha çox qolda payı olan ilk İtaliya təmsilçisi kimi düşüb.

ÇL-də 5 qolda payı olan son futbolçular Neymar ("Barselona", 2016), Serj Qnabri ("Bavariya", 2021) və Erlinq Haland ("Mançester Siti", 2023) olub.

De Keteleare ÇL tarixinə son 14 ildə ilk 45 dəqiqədə 3 və daha çox assist edən yeganə futbolçu kimi düşüb. 2010-cu ildə "Marsel" – "Jirona" görüşündə buna Benua Şeyru imza atıb.

"Barselona"nın "Brest" üzərindəki 3:0 hesablı qələbəsinə dublla töhfə verən Robert Levandovski ÇL tarixində 100 qol səddini aşan 3-cü futbolçudur. Onun 101, Kriştiano Ronaldonun 140, Lionel Messinin 129 qolu var.

"Leypsiq"ə 1:0 hesabı ilə qalib gələn "İnter" tarixində ilk dəfə Çempionlar kuboku da nəzərə alınmaqla ÇL-də ardıcıl 4 matçda quruhesablı qələbə qazanıb. 1966-64 və 2009-10-cu illərdə 3 belə görüş qeydə alınıb.

"İnter" ÇL tarixində mövsümün ilk 5 oyununda qol buraxmayan 3-cü komandadır. "Yuventus" 2004/05, "Mançester Yunayted" 2010/11 mövsümündə bunu bacarıb.

"Sportinq"ə səfərdə 5:1 hesabı ilə qalib gələn "Arsenal" bunadək ÇL-də rəqib meydanında keçirdiyi son 4 matçda qol vurmamışdı.

Səfərdə "Slovan"a 3:2 hesabı ilə qalib gələn "Milan" tarixində ilk dəfə ÇL-in ardıcıl üç oyununda "3+" qola sevinib. "Milan" Çempionlar kubokunda 1989-cu ildə belə seriyaya imza atıb.

"Sparta"ya 6:0 hesabı ilə qalib gələn "Atletiko"nun futbolçusu Anxel Korrea klub tarixinə ÇL-də meydana sonradan daxil olub 2 qol vuran 3-cü oyunçu kimi düşüb. Aquero 2009-cu ildə "Çelsi", Lorente 2020-ci ildə "Liverpul"la görüşdə belə uğura sevinib.

"Atletiko" ilə ÇL-də 100-cü oyununu keçirən Koke klub tarixində bunu bacaran ilk futbolçudur.

Bu, Antuan Qrizmannın da ÇL-də 100-cü matçı olub. O, Kərim Benzema (152), Tyerri Anri (112) və Patris Evradan (108) sonra 4-cü fransalıdır.

Dieqo Simeone ÇL-də 150 oyun keçirən ikinci qeyri-avropalıdır: futbolçu kimi 40, baş məşqçi kimi 110 matç. Onadək yalnız Lionel Messi bunu bacarıb. Argentinalı ulduz futbolçu kimi 163 oyun keçirib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:56

İtaliya futbolunun əfsanəvi ulduzu Sandro Mazzola vəfat edib

Futbol
Bu gün, 10:40

Keçmiş “Neftçi” yarımmüdafiəçisi Keysuke Honda, Sinqapurda Jurong üçün ilk matçını çıxardı

Qarabağ FK
Bu gün, 10:16

Azərbaycan Premyer Liqası: “Sabah” – “İmişli” 6-cı turda, 20 sentyabr, 19:45, Bank Respublika Arenada

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Neftçi olduğumuzu sübut etməli, qürurla startda çıxmaq mənim üçün şərəfdir”

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Qarabağ FK
Dünən, 21:35

Premyer Liqa: "Qarabağ" 1:0 hesabıyla "Şəfa"nı məğlub etdi

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 18:12

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Oxşar xəbərlər