UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Nyon şəhərindəki tədbirdə "Qarabağ" klubunun potensial rəqibləri ilə yanaşı, qarşılaşacaq digər cütlüklər də müəyyənləşib.
Çempionlar Liqası
Pley-off
Çempionlar yolu
"Yanq Boyz" - "Qalatasaray"
"Dinamo" Z – "Qarabağ" - "Lüdoqorets" cütünün qalibi
"Midtulland" - "Ferentsvaroş" cütünün qalibi - "Slovan" - APOEL cütünün qalibi
"Yagellonya" - "Bodo Qlimt" cütünün qalibi - "Srvena Zvezda"
"Malmö" - PAOK cütünün qalibi - "Sparta" - "Styaua" cütünün qalibi
Liqa yolu
"Lill" - "Fənərbaxça" cütünün qalibi - "Slaviya" - "Union Sent Jiloaz" cütünün qalibi
"Dinamo" K - "Reyncers" cütünün qalibi - "Zalsburq" - "Tvente" cütünün qalibi
Qeyd edək ki, pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.