top
Çempionlar Liqasında GÜNÜN HESABATI İdman.biz
07 noyabr 2024, 11:04
- ↺ +

Çempionlar Liqasında GÜNÜN HESABATI

Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, İFFHS ikinci oyun gününün statistik məqamları ilə bağlı hesabat hazırlayıb.

"Srvena Zvezda" ilə oyunda (5:2) iki qol vuran Rober Levandovski cari mövsümdə "Böyük beşlik" təmsilçilərində ən çox fərqlənən futbolçu adına yiyələnib – 19 top.

Rafinya təqvim ili ərzində "Barselona" ilə Çempionlar Liqasındakı qol sayını 8-ə çatdırıb. O, 2019-cu ildə 8 qola sevinən Messidən sonra ən yüksək göstəriciyə imza atıb.

Rafinya 2024-cü ildə "qol+ötürmə" sistemi ilə Çempionlar Liqasında 11 (8+3) xal yığmaqla Harri Keynlə şərikli rekordçudur.

Jül Kunde Çempionlar Liqası tarixində bir oyunda 3 assist edən 5-ci müdafiəçi olub.

Kunde 2016-cı il noyabrın 22-də Dortmund "Borussiya"sında "Legiya"ya qarşı üç assist edən Usman Dembelədən sonra bunu bacaran ilk fransalıdır.

2018-ci il oktyabrın 3-də "Tottenhem"lə matçda 3 assist edən Jordi Albadan sonra ilk dəfə "Barselona"nın oyunçusu buna Kunde ilə nail olub.

"Barselona" cari mövsümün 16 matçında 55 qol vurmaqla tarixinin mütləq rekorduna imza atıb. Klub 1950/51 mövsümündə 54 qol vurub.

"Barselona" Çempionlar Liqasının son üç matçında 4 və ya daha çox qola imza atıb. Bu, 1959/60 mövsümündən sonra klubun tarixində ilk belə hadisədir. Həmin vaxt "Milan" 5:1, "Vulverhempton" 4:0 və 5:2 hesabı ilə məğlub edilib.

"Barselona" 2017-ci ilin mayından sonra ilk dəfə ardıcıl 7 oyunda 3 və ya daha çox qol vurub. Lionel Messinin olmadığı dövrdə son belə seriya 1960-cı ilin martında qeydə alınıb.

"İnter"in "Arsenal"la matçında (1:0) penaltidən yararlanan Hakan Çalhanoğlu Milan təmsilçisinə keçdiyi 2021/22 mövsümündən indiyədək 19 penaltinin hamısını qola çevirib. Bu müvafiq dövr üçün "Böyük beşlik" liqalarında 100 faizlik nəticəyə malik oyunçular arasında rekorddur.

"Arsenal" 2006-cı ilin noyabrından sonra qol vurmadığı oyunlar üçün rekord sayda – 20 zərbə endirib. 18 il əvvəl MOİK-lə görüşdə 23 zərbə uğursuz alınıb.

Yan Zommer Çempionlar Liqasında "İnter" forması ilə keçirdiyi 11 oyunun 8-də qapısını toxunulmaz saxlayıb. 73 faizlik göstəriciyə malik qolkiper eyni klubda ən azı 10 matç keçirənlər arasında rekordçudur.

"Atletiko"ya 1:2 hesabı ilə uduzan PSJ ilk 4 oyunda 4 xal toplamaqla eyni göstərici ilə yadda qaldığı 2004/05 mövsümündən sonra ən pis nəticəsinə imza atıb.

PSJ tarixində ilk dəfə bir təqvim ilində Çempionlar Liqasında 5 məğlubiyyət alıb.

18 yaş 243 günlük Uorren Zair-Emeri PSJ-nin Çempionlar Liqasındakı ev qoluna imza atan ən gənc oyunçudur. O, 18 yaş 337 günlüyündə "Seltik"ə qol vuran Kilian Mbappeni keçib.

"Aston Villa"nın futbolçusu Tayron Minqs "Brügge" ilə oyunda (0:1) debüt matçında penaltiyə səbəb olan ilk ingilis olub.

"Sparta"ya 2:1 hesabı ilə qalib gələn "Brest" Çempionlar Liqasındakı ilk 4 matçında 3 qələbə qazanıb. Bunadək Fransa klublarından yalnız "Strasburq" ilk 4 görüşdə 3 dəfə qalib gəlib – 1979/80 mövsümündə.

"Brest" 1992-ci ildən keçirilən Çempionlar Liqasında uduzmayan yeganə komandadır – 3 qələbə, 1 heç-heçə.

"Brest" Çempionlar Liqasındakı ilk 4 matçında 9 qol vurmaqla 1966-cl idən sonra üçün Fransa rekordçusu olub. Həmin vaxt "Nant" 10 qola sevinib.

"Ştutqart"a 2 cavabsız qolla qalib gələn "Atalanta" və "İnter" cari mövsüm Liqa mərhələsində qol buraxmayıb.

Turnirdə keçirdiyi səfərdəki 13 matçdan 7-də qələbə qazanan "Atalanta" 54 faizlik göstərici ilə ən azı 10 oyuna çıxanlar arasında rekordçudur.

"Benfika"ya 1:0 hesabı ilə qalib gələn "Bavariya" Çempionlar Liqasındakı ev matçlarında məğlubiyyətsizliyini 18-ə çatdırıb: 14 qələbə, 4 heç-heçə.

"Feyenoord" – "Zaltsburq" matçında (1:3) start heyətində 18 ölkədən futbolçu olub. Bu, turnirin rekordudur.

"Yanq Boyz"a 2:1 hesabı ilə qalib gələn "Şaxtyor" 2023-cü il noyabrın 28-dən sonra başlayan 6 oyunluq qələbəsizliyə son qoyub: 2 heç-heçə, 4 məğlubiyyət.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Oxşar xəbərlər