top
Çempionlar Liqası: Yeddinci Turun Nəticələri - YENİLƏNİB + VİDEO Idman.biz
22 yanvar 2026, 02:25
- ↺ +

Çempionlar Liqası: Yeddinci Turun Nəticələri - YENİLƏNİB + VİDEO

Almaniyanın "Bavariya" klubu ilə Belçikanın "Yunion" klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar Almaniyanın Münhen şəhərindəki "Arena München" stadionunda qarşılaşıblar.

Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

"Bavariya"nın hücumçusu Harri Keyn 52-ci dəqiqədə hesabı açıb. Keyn 55-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.

Turun digər oyununda "Liverpul" Fransada "Marsel"in qonağı olub. Qonaqlar matçda 3:0 hesabı ilə qalib ayrılıblar.

"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai 45+1-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin qapıçısı Xeronimo Rulyi 72-ci dəqiqədə öz qapısına qol vurdu. Kodi Qakponun 90+3-cü dəqiqədə vurduğu qol böyükhesablı qələbəni təmin edib.

"Nyukasl Yunayted" doğma meydançada PSV-ni sınağa çəkib. Oyun meydan sahiblərinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb – 3:0.

Yohan Vissa səkkizinci dəqiqədə İngiltərə komandasını hesabda irəli çıxarıb. Entoni Qordon 30-cu dəqiqədə ingilislərin üstünlüyünü ikiqat artırıb, Harvi Barns isə 65-ci dəqiqədə hesabı 3:0 edib.

Çexiyada keçirilən "Slaviya" – "Barselona" matçı məhsuldar olub. Qonaqlar 4:2 hesabı ilə qələbə qazanıblar.

"Slaviya"nın yarımmüdafiəçisi Vasil Kuşey 10-cu dəqiqədə hesabı açıb. "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes 34-cü dəqiqədə hesabı bərabərləşdirib. Səkkiz dəqiqə sonra Lopes ikinci qolunu vuraraq komandasını irəli çıxarıb. "Slaviya" 44-cü dəqiqədə Robert Levandovskinin avtoqolu sayəsində hesabı bərabərləşdirib. "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo 64-cü dəqiqədə qonaqları yenidən irəli çıxarıb. Levandovski 71-ci dəqiqədə komandasının dördüncü qolunu vuraraq yekun hesabı təsdiqləyib.

"Yuventus" Turində "Benfika"nı qəbul edib. İtaliyalılar matçdan 2:0 hesabı ilə qalib ayrılıblar.

55-ci dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Kefren Türam-Yulyen komandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə amerikalı Veston Makkenni Turin təmsilçisinin üstünlüyünü ikiqat artırıb.

İngiltərədə "Çelsi" və Kiprin "Pafos" klubu üz-üzə gəliblər. Matç İngiltərə klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Oyunun yeganə qolunu 78-ci dəqiqədə Moyses Kaysedo vurub.

"Atalanta" öz meydançasında "Atletik Bilbao" ilə qarşılaşıb. Oyun İspaniya təmsilçisinin qələbəsi ilə qurtarıb – 3:2.

Berqamo klubunun hücumçusu Canluka Skamakka 16-cı dəqiqədə hesabı açıb. "Atletik"in forvardı Qorka Guruzeta 58-ci dəqiqədə bərabərlik qolunu vurub. 70-ci dəqiqədə hücumçu Niko Serrano qonaqları irəli çıxarıb. Dörd dəqiqə sonra yarımmüdafiəçi Robert Navarro "Atletik"in üçüncü qolunu vurub. "Atalanta"nın hücumçusu Nikola Krstoviç 88-ci dəqiqədə fərqi azaldıb.

00:09

Türkiyənin "Qalatasaray" və İspaniyanın "Atletiko Madrid" klubları arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İstanbul şəhərindəki "RAMS Park" stadionunda qarşılaşıblar. Yekun hesab 1:1 olub.

Dördüncü dəqiqədə "Atletiko"nun yarımmüdafiəçisi Culiano Simeone komandasını irəli çıxarıb. 20-ci dəqiqədə isə Madridin müdafiəçisi Markos Llorente öz qapısına qol vurub.

09:43

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin yeddinci turuna yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə də doqquz matç reallaşacaq.

Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası
Əsas mərhələ
Yeddinci tur
21 dekabr

21:45. "Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya)

21:45. "Qalatasaray" (Türkiyə) – "Atletiko" (İspaniya)

23:59. "Marsel" (Fransa) – "Liverpul" (İngiltərə)

23:59. "Slaviya" (Çexiya) – "Barselona" (İspaniya)

23:59. "Yuventus" (İtaliya) – "Benfika" (Portuqaliya)

23:59. "Bavariya" (Almaniya) – "Yunion" (Belçika)

23:59. "Nyukasl" (İngiltərə) - PSV (Niderland)

23:59. "Atalanta" (İtaliya) – "Atletik" (İspaniya)

23:59. "Çelsi" (İngiltərə) – "Pafos" (Kipr)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Oxşar xəbərlər