top
Çempionlar Liqası: VI Turun Nəticələri - Qələbələr, Məğlubiyyətlər və Maraqlı Oyunlar Idman.biz
10 dekabr 2025, 02:16
- ↺ +

Çempionlar Liqası: VI Turun Nəticələri - Qələbələr, Məğlubiyyətlər və Maraqlı Oyunlar

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, "Monako" öz meydnçasında İstanbulun "Qalatasaray" klubunu qəbul edib.

50-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Denis Zakaria penaltidən yararlana bilməyib. 68-ci dəqiqədə Folarin Baloqun matçda yeganə qolu vurub – 1:0.

"Barselona" "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt Frankfurt"la oynayıb.

21-ci dəqiqədə Ansqar Knauff qonaqları hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Jül Kunde cavab qolunu vurub. 53-cü dəqiqədə Kunde özünün ikinci qoluna imza atıb - 2:1.

Madridin "Atletiko" klubu Niderlandda PSV-nin qonağı olub. Matç 3:2 hesabı ilə İspaniya təımsilçisinin xeyrinə qurtarıb.

10-cu dəqiqədə Qus Til PSV-ni hesabda irəli çıxarıb. 37-ci dəqiqədə argentinalı hücumçu Julian Alvares hesabı bərabərləşdirib. 52-ci dəqiqədə "Atletiko"dan David Qansko komandasına üstünlük qazandırıb. 56-cı dəqiqədə Aleksandr Sörlot fərqi artırıb. 85-ci dəqiqədə isə Rikardo Pepi fərqi yenidən azaldıb.

"Tottenhem" Praqanın "Slaviya" klubunu sınağa çəkib. Oyun 3:0 hesabı ilə İngiltərə klubunun qələbəsi ilə bitib.

26-cı dəqiqədə praqalıların müdafiəçisi David Zima öz qapısına qol vurub. 50-ci dəqiqədə yarımmüdafiəçi Məhəmməd Kudus penaltidən vurduğu qolla londonluların üstünlüyünü ikiqat artırıb. 80-ci dəqiqədə yarımmüdafiəçi Xavi Simons penaltidən vurduğu qolla hesabı 3:0 edib.

Belçikada yerli "Yunion" "Marsel"lə qarşılaşıb. Oyunda qələbəni qonaqlar bayram ediblər - 2:3.

Meydan sahiblərinin yarımmüdafiəçisi Anan Xalaili 5-ci dəqiqədə hesabı açıb. "Marsel"in hücumçusu İqor Paişao 15-ci dəqiqədə hesabı bərabərləşdirib. 41-ci dəqiqədə hücumçu Meyson Qrinvud qonaqları irəli çıxarıb. Qrinvud 58-ci dəqiqədə Fransa klubunun üstünlüyünü daha da artırıb. Xalaili 71-ci dəqiqədə ikinci qolunu vurub – 2:3.

"İnter"lə "Liverpul" da bu tur çərçivəsində güclərini sınayıblar. Oyun qonaqların minimal hesablı qələbəsi ilə qurtarıb.

32-ci dəqiqədə "Liverpul"un müdafiəçisi İbrahima Konate hesabı açsa da, VAR-ın yoxlamasından sonra qol hesaba alınmayıb. 88-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai penaltidən zərbəni dəqiq yerinə yetirib - 0:1.

İtaliyada daha bir yerli klub İngiltərə komandasını qəbul edib. "Çelsi" səfərdə "Atalanta" ilə qarşılaşıb. Qarşılaşmada meydan sahibləri üstün olublar - 2:1.

Joao Pedro 25-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb, Canluka Skamakka 55-ci dəqiqədə bərabərlik qolunu vurub. 83-cü dəqiqədə Şarl De Ketelaere italyanların qələbə qoluna imza atıb.

23:48

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilir.

İdman.Biz bildirir ki, turun ikinci oyununda "Bavariya" "Sportinq"i qəbul edib.

Oyun 3:1 hesabı ilə münhenlilərin qələbəsi ilə yekunlaşıb.

54-cü dəqiqədə Coşua Kimmix öz qapısına qol vuraraq qonaqları hesabda irəli çıxarıb. 65-ci dəqiqədə Serj Qnabri hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Lenart Karl münhenliləri hesabda irəli çıxarıb. 77-ci dəqiqədə Jonatan Ta Almaniya komandasının üçüncü qolunu vurub.

21:31

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura start verilib.

İdman.Biz bildirir ki, ilk olaraq "Kayrat" və "Olimpiakos" Almatıda üz-üzə gəliblər.

73-cü dəqiqədə Jelson Martinş oyunda yeganə qolu vuraraq Yunanıstan klubuna qələbə qazandırıb - 0:1.

09:30

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün start veriləcək. İlk oyun günündə ümumilikdə 9 qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu səfərdə Fransa təmsilçisi "Monako" ilə üz-üzə gələcək.

Günün ən çox maraq doğuran qarşılaşmalarından biri isə İtaliyada baş tutacaq – "İnter" doğma meydanda İngiltərənin "Liverpul" komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

9 dekabr

19:30. "Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan)

21:45. "Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya)

23:59. "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə)

23:59. "Barselona" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

23:59. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:59. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə)

23:59. PSV (Niderland) - "Atletiko" (İspaniya)

23:59. "Yunion" (Belçika) - "Marsel" (Fransa)

23:59. "Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya)

Qeyd edək ki, VI turun digər oyunları dekabrın 10-da baş tutacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Voleybol
Bu gün, 19:58

DH Volley avrokubokda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 19:51

Premyer Liqada Turnun Ən Yaxşı Futbolçusu Namizədləri Açıqlanıb

Minifutbol
Bu gün, 19:38

“Araz‑Naxçıvan”ın baş məşqçisi: “Polşada hazırlıq tamdır, bütün oyunlarda qələbə hədəfimizdir”

Boks
Bu gün, 19:33

Mayk Tayson serial çəkilişləri üçün İstanbulda görülüb

Futbol
Bu gün, 19:31

Bavariya futbolçuları Londonda Qızıl Top mükafatına qatıldı

Futbol
Bu gün, 19:28

İnter, Kyezanı Liverpooldan transfer etmək üçün danışıqlara başladı

Futbol
Bu gün, 19:22

Real Madrid prezidenti Florentino Peres Qızıl Top təqdimatına qatılmayacaq

Futbol
Bu gün, 19:07

«Real» və «Barselona» 12 «Qızıl top»la ilk yeri bölüşür: İtaliya və Almaniya klubları ilk beşliyi tamamlayır

Futbol
Bu gün, 19:06

Vaqif Sadıqov: Bakıdakı U-15 Dünya Çempionatı gənc futbolçularımız üçün Avropaya açılan qapıdır

Futbol
Bu gün, 18:57

Maqat 2026 Qızıl Top üçün üç seçimi açıqladı

Güləş
Bu gün, 18:49

Azərbaycan güləş komandası Estoniyada beynəlxalq turnirdə birinci oldu

Futbol
Bu gün, 18:44

Samuel Eto və Lassana Diarra U-15 Dünya Çempionatı üçün Bakıdadır

Oxşar xəbərlər