Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son 4 matç baş tutacaq.
Bu görüşlərdən sonra Liqa mərhələsinə son vəsiqələrin sahibləri müəyyənləşəcək. Azərbaycan çempionu "Qarabağ" da 36 ən güclü sırasına düşmək üçün mübarizə aparacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
28 avqust
20:45. "Qarabağ" – "Dinamo" Z
İlk oyun – 0:3
23:00. "Srvena Zvezda" – "Bodo Qlimt"
İlk oyun – 1:2
23:00. "Slaviya" – "Lill"
İlk oyun – 0:2
23:00. "Slovan" – "Midtulland"
İlk oyun – 1:1
İdman.biz